şənbə günü, 07 noyabr 2026
     

Vətəndaş müraciətlərinə baxılmasında operativliyi və nəzarəti gücləndirən yeni elektron informasiya sistemi yaradılır

Image


Ölkə vətəndaşlarının gündəlik problemlərinin öyrənilməsində və həll olunmasında mühüm vasitə olan müraciətlərə baxılmasını yaxşılaşdırmaq, bu sahədə işi təkmilləşdirmək dövlətimizin başçısının daim diqqət yetirdiyi məsələlərdən biridir.

2015-ci il aprelin 29-da Azərbaycan Respublikası Prezidentinin imzaladığı "Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sisteminin yaradılması haqqında” Fərman və həmin Fərmanla təsdiq edilmiş Qaydalar bu diqqətin daha bir nümunəsidir. Trend yeni yaradılan vahid elektron informasiya sisteminin mahiyyəti və əsas məqsədləri barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun AZƏRTAC-a müsahibəsini təqdim edir.

- Süleyman müəllim, dövlətimizin başçısının imzaladığı bu yeni Fərman və təsdiq etdiyi Qaydalar hansı zərurətdən irəli gəlib və vətəndaş müraciətlərinə baxılmasında hansı yeniliklərə səbəb olacaq?

- İnformasiya-kommunikasiya texnologiyalarını çox sürətli inkişafı, bu sahəyə sonsuz diqqəti ilə seçilən Azərbaycan Respublikası müasir tələblər səviyyəsinə yüksəlmək, dünyaya daha yaxından inteqrasiya olunmaq üçün müstəqillik illərində, xüsusilə son 10 ildə misli-bərabəri olmayan işlər görüb. Hamı çox gözəl bilir ki, indi Azərbaycan kosmik dövlətlər ailəsinə daxil olub və yüksək texnologiyalara yiyələnmək istiqamətində daha böyük nailiyyətlər qazanmaq üçün ciddi səy göstərməkdədir. Azərbaycan Prezidenti həyatın bütün sahələrində innovasiyaların geniş tətbiqini bir vəzifə kimi qarşıya qoyub və buna hər cür şərait yaradıb. Bütün bu nailiyyətlər, ilk növbədə, xalqın rifahının yüksəldilməsinə xidmət göstərir.

Azərbaycan vətəndaşları dövlətimizin başçısının qayğı və diqqətini həmişə hiss edir və bunun real nəticələrini öz gündəlik həyatlarında görürlər. Bu, bir həqiqətdir ki, vətəndaşlara qayğı göstərilməsi, onların müraciətlərinə baxılması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daim diqqət yetirdiyi prioritet məsələlərdən biri olub və bu gün də prioritet olaraq qalır. Mətbuatdan bildiyiniz kimi, son illərdə dövlət qurumlarında bu işlərə diqqət daha da artırılıb. Prezidentin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi və yerli icra hakimiyyəti orqanları rəhbərlərinin vətəndaşlarla ünsiyyəti daha da güclənir, yerlərdə keçirilən çoxsaylı səyyar qəbullarda sadə insanların problemlərinin yerində öyrənilib həll edilməsi üçün təsirli tədbirlər görülür.

Vətəndaşların müraciətlərini dərindən öyrənmək, qaldırılan problemləri operativ həll etmək üçün müasir informasiya-kommunikasiya texnologiyalarından geniş istifadə olunur. Artıq bir çox dövlət qurumlarında videoqəbulların keçirilməsi, mərkəzləşdirilmiş çağrı və sorğu mərkəzlərinin tətbiqi adi hal alıb. Bu sahədə vəziyyətin daha da yaxşılaşdırılması üçün işlər ardıcıl davam etdirilir. Bütün bunlar vətəndaşlar tərəfindən son dərəcə müsbət qarşılanır.

Eyni zamanda, müvafiq qanunvericiliyin təkmilləşdirilməsi də diqqətdən kənarda qalmır. "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” 1997-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Qanununun yeni redaksiyası işlənib hazırlanaraq Milli Məclisin müzakirəsinə təqdim olunub. İkinci oxunuşdan keçən qanun layihəsi yəqin ki, yaxın vaxtlarda qəbul olunacaq və Prezident tərəfindən imzalanacaq.

Yeni yaradılan vahid elektron informasiya sisteminə gəldikdə isə qeyd etməliyik ki, hələ 2008-ci ildə dövlətimizin başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində vətəndaşların müraciətlərinə baxılması işini təkmilləşdirmək məqsədilə müasir elektron informasiya sistemi yaradılıb. Belə bir sistemin şəhər və rayon icra hakimiyyətlərində də tətbiqi Prezident tərəfindən zəruri hesab edilib və müvafiq Fərman imzalanıb.

- Vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sisteminin əsas iş prinsipləri nədən ibarətdir?

- Bu prinsiplər Prezidentin Fərmanında və təsdiq edilmiş Qaydalarda öz əksini tapıb. Fərmanda sistemin təsisçi-administratoru, operatoru və məsul şəxslərinin əsas vəzifələri konkret göstərilib və sistemin 2015-ci il iyulun 1-dək tətbiq olunacağı müəyyən edilib. Sistemin necə işləməli olduğu isə Qaydalarda göstərilib, onun məxfi sənədlərə şamil olunmadığı, digər kargüzarlıq işlərindən ayrı aparıldığı, vətəndaş müraciətlərinin qeydiyyatdan keçirilməsinə, onlara dair təhlillərin, statistik məlumatların və digər hesabatların əldə olunmasına imkan verdiyi konkret müddəalarda ifadə edilib.

Bu Fərmanla elə bir mükəmməl sistem yaradılır ki, ondan eyni vaxtda çoxsaylı vətəndaşların istifadə etməsinin mümkünlüyü ilə yanaşı, bir-biri ilə uzlaşa bilən texnologiyalar, formatlar, protokollar və proqram-texniki vasitələr tətbiq edilir, informasiya sisteminə daxil edilən məlumatların dəqiqliyi, tamlığı, etibarlılığı, eyni zamanda, informasiya təhlükəsizliyi təmin olunur.

Vahid elektron informasiya sistemi yerli icra hakimiyyəti orqanlarına bilavasitə vətəndaşlardan və ya onların müraciətlərinə baxan subyektlərdən daxil olan təklif, ərizə və şikayətlərin operativ qeydə alınmasını, icrasını və arxivləşməsini təmin edən elektron məlumat bazasından və proqram-texniki vasitələrin məcmusundan ibarətdir.

- Vahid elektron informasiya sisteminin tətbiqi üçün hansı işlər görülüb və görülməkdədir?

- Təsdiq olunmuş Fərmanda və Qaydalarda sistemin tətbiqinin konkret müddətləri və görüləsi işlər aydın göstərilib. Bu sistem mərkəzləşdirilmiş server avadanlığı, informasiya sistemi istifadəçilərinin iş yerləri, mühafizə olunan rabitə kanalları, texniki vasitələr, yaddaş sistemləri, kommunikasiya avadanlığı, fasiləsiz enerji mənbəyi və digər proqram-texniki vasitələrdən ibarətdir.

Fərman imzalandıqdan dərhal sonra şöbəmiz tərəfindən bu sistemin fəaliyyətini təmin edəcək müvafiq qurumların nümayəndələri ilə birlikdə şəhər və rayon icra hakimiyyətləri aparatlarında müvafiq hazırlıq işlərinə başlanılıb. Müəyyən olunmuş qrafik əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında şəhər və rayon icra hakimiyyətlərinin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbələri müdirlərinin seminarları keçirilir, onlar müvafiq proqramla tanış edilir, lazım olan texniki vasitələrin, o cümlədən kompyuter avadanlığının alınıb quraşdırılması təşkil olunur. İşin əsas mərhələsi, yəni bilavasitə həmin sistemin yerlərdə quraşdırılıb şəbəkəyə qoşulması qısa vaxtda tamamlanacaq.

Hazırda şəhər və rayon icra hakimiyyətləri aparatlarında bu işi yerinə yetirəcək şəxslərin müəyyən edilməsi başa çatır və yeni proqramın Fərmanda göstərilən müddətdə tətbiq olunmasında heç bir problem yaranmayacaq. Qeyd etmək lazımdır ki, sistemin proqram təminatının təkmilləşdirilməsi və maddi-texniki təchizatının yaxşılaşdırılması üzərində müntəzəm iş gedir, onun müasir tələblərə uyğunlaşdırılması davam etdirilir.

- İnformasiya sisteminin fasiləsiz və ahəngdar işini kim və necə təşkil edəcək?

- Qaydalarda həm təsisçi-administratorun, həm operatorun, eləcə də sistemin məsul şəxslərinin və istifadəçilərinin funksiyaları aydın göstərilir. Burada əsas məsuliyyət təsisçi-administratorun üzərinə düşür. Təsisçi-administrator bütün sistemin fasiləsiz və ahəngdar fəaliyyətini təmin etmək üçün cavabdehlik daşıyır. Bununla yanaşı, hər bir iştirakçının vəzifə funksiyaları konkret müəyyənləşdirilib. Burada həm texniki təchizat, proqram təminatı məsələləri, həm də sistem istifadəçilərinin müntəzəm təhsil və təliminin həyata keçirilməsi, informasiya sistemi istifadəçilərinin məlumatları informasiya sistemində vaxtında və düzgün qeydiyyatdan keçirməsi, bu məlumatların dəqiqliyinin, tamlığının və etibarlılığının təmin edilməsi, onların, o cümlədən fərdi identifikasiya kodlarının qorunması, kənar şəxslərin sistemə icazəsiz girişinə yol verilməməsi, istifadə olunan kompyuter avadanlığının virus və digər zərərverici proqramlardan müdafiəsi və digər məsələlər öz əksini tapıb.

Sistemin fəaliyyətinin təşkilinə gəldikdə, Qaydalarda informasiya sisteminin məsul şəxsləri sistemlə əlaqədar bütün problemləri təsisçi-administratorla həll etməli olduğu göstərilib, informasiya sisteminin yerli icra hakimiyyəti orqanlarındakı iş yerlərinin mərkəzi serverlə əlaqələndirilməsi qaydaları, həmçinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bu sahədəki vəzifələri müəyyənləşdirilib.

- Yeni sistem vətəndaş müraciətlərinə baxılmasına nəzarətin gücləndirilməsinə necə təsir edəcək?

- Tətbiq olunan yeni sistem təsisçi-administratora imkan verir ki, respublikanın bütün şəhər və rayonlarında vətəndaşların müraciətlərinə, ərizə və şikayətlərinə baxılmasını, həmçinin respublika üzrə sistemə daxil edilən bütün məlumatları mərkəzi server vasitəsilə müşahidə etsin. Hətta müraciətlər barədə məlumatların Prezident Administrasiyasına elektron formada göndərilməsi də bu sistem vasitəsilə təmin ediləcək. Əgər müraciətlərin daxil olduğu andan onların icrası başa çatanadək bütün prosesləri müşahidə etmək mümkündürsə, onda gecikmələrin, yaxud müraciətə vaxtında və düzgün baxılmamasının qarşısı daha tez alına bilər.

- Yəqin ki, vahid elektron informasiya sisteminin tətbiqi ilə vətəndaşların müraciətlərinə baxılmasına dair kargüzarlıq Qaydalarında da müəyyən dəyişikliklər ediləcək. Həmin Qaydaların yenidən təsdiq edilməsi gözlənilirmi?

- Bəli, gözlənilir. Ümumiyyətlə, təkcə vətəndaşların müraciətlərinə baxılmasına dair kargüzarlıq Qaydaları deyil, sənədlərlə işlə əlaqədar digər təlimat və qaydalarda da dəyişikliklər edilməsi labüddür. Hazırda Milli Məclisdə müzakirə olunan "Vətəndaşların müraciətləri haqqında” Qanun layihəsi qəbul edildikdən sonra yaranacaq hüquqi normalardan, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş "İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə”dən, həmçinin "Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 29 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş Qaydalardan irəli gələn məsələlər müvafiq sənədlərdə öz əksini tapacaq.

Bütün bunlar müasir dövrün tələblərinə uyğun olaraq Azərbaycan dövlətinin daha yüksək tərəqqisini və inkişafının təmin olunması, müxtəlif sahələrdə, o cümlədən sənədləşmə işində ən müasir texnologiyalardan və innovasiyalardan istifadə edilməsi, bununla əlaqədar qəbul edilmiş proqramların həyata keçirilməsi məqsədi daşıyır və hər bir dövlət qulluqçusu, hər bir məmur müasir elektron sənəd dövriyyəsinin əsaslarını öyrənməli və gündəlik işlərində geniş tətbiq etməlidir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ