şənbə günü, 07 noyabr 2026
     

Azərbaycan və Vyetnam prezidentləri iki ölkənin böyük neft əməkdaşlığının gələcək konturlarını çəkdilər

Image


Mayın 14-də rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqın məhdud tərkibdə görüşü olub.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqın iştirakı ilə Azərbaycan-Vyetnam sənədlərinin imzalanması mərasimi olub. "SOCAR və Petrovietnam arasında neft və qaz sənayesində əməkdaşlığa dair Anlaşma Memorandumu”nu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və "Vietnam Oil and Gas Group” şirkətinin prezidenti və baş direktoru Nquyev Quoc Xan imzaladılar.

"Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Kənd Təsərrüfatı və Kəndin İnkişafı Nazirliyi arasında kənd təsərrüfatı və kəndin inkişafı sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov və Vyetnamın kənd təsərrüfatı və kəndin inkişafı nazirinin müavini Vu Van Tap imzaladılar.

"Azərbaycan Respublikası Hökuməti ilə Vyetnam Sosialist Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş”i Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Vyetnamın maliyyə nazirinin müavini Do Hoanq Anh Tuan imzaladılar.

"Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Nəqliyyat Nazirliyi arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və Vyetnamın nəqliyyat nazirinin müavini Nquyen Nqok Donq imzaladılar.

"Azərbaycan Respublikası Hökuməti ilə Vyetnam Sosialist Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”i Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və Vyetnamın nəqliyyat nazirinin müavini Nquyen Nqok Donq imzaladılar.

Sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanq mətbuata birgə bəyanatlarla çıxış ediblər.


"SOCAR Vyetnamda işləmək üçün səylər göstərir”

"Biz sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, səfəriniz Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm mərhələ olacaq. Keçən il mən Vyetnama dövlət səfərimi etmişəm. Səfər çox uğurlu keçib. Mənə göstərilən qonaqpərvərlik heç mənim yadımdan çıxmaz. Hesab edirəm ki, bir il ərzində artıq sizin Azərbaycana səfəriniz onu göstərir ki, bizim aramızda inkişafda olan əlaqələr çox intensiv xarakter daşıyır". Trend-in AzTV-yə istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqla birgə mətbuata bəyanatında deyib.

Prezident deyib ki, bu gün onlar ikitərəfli əlaqələrin müxtəlif sahələrini geniş şəkildə müzakirə ediblər: "Bir daha gördük ki, bir çox məsələlərlə əlaqədar bizim mövqeyimiz üst-üstə düşür. İlk növbədə, hər iki tərəf ikitərəfli əlaqələri genişləndirmək fikrindədir. İlk növbədə siyasi əlaqələrimiz inkişaf edəcək. Hazırda siyasi əlaqələr çox yüksək səviyyədədir. Qarşılıqlı səfərlər bunu təsdiqləyir. Eyni zamanda, biz beynəlxalq təşkilatlar çərçivəsində də çox uğurla əməkdaşlıq edirik, bir-birimizi dəstəkləyirik. Bu gün aparılan danışıqlar nəticəsində qərara gəldik ki, gələcəkdə də bütün beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyəcəyik. Bu, çox önəmli məsələdir. Çünki bu, ikitərəfli əlaqələrin yüksək səviyyəsini əyani şəkildə göstərir".

Bu gün iqtisadi sahədə görülən işlər haqqında fikir mübadiləsi apardıqlarını deyən dövlət başçısı bildirib ki, çox müsbət haldır ki, aramızda olan ticarət dövriyyəsi yüksək səviyyədədir: "Bu, daha da yüksələ bilər. Buna nail olmaq üçün konkret tədbirlər planı hazırlanmalıdır. Biz bu barədə də danışdıq. Hesab edirəm ki, ticarət dövriyyəsinin artırılması üçün yaxşı imkanlar var. Qarşılıqlı investisiya qoyuluşu məsələləri müzakirə edildi. Bu sahədə də artıq həm Vyetnam, həm Azərbaycan şirkətlərinin təcrübəsi var. Əminəm ki, bu gün keçiriləcək biznes-forumda iki ölkənin biznes qurumları da bu məsələ ilə bağlı öz sözlərini deyəcəklər. Bir sözlə, iqtisadi və ticarət əlaqələrimiz bizim ümumi əməkdaşlığa çox müsbət təsir göstərir və gözəl perspektivlər də var.

Təbii ki, ənənəvi olaraq neft-qaz sahəsində əməkdaşlıqla bağlı məruzələri də dinlədik. Bu sahədə çox gözəl təcrübə var. Vaxtilə Azərbaycan mütəxəssisləri Vyetnamda neft-qaz sahəsində işləmişlər, öz təcrübələrini bölüşmüşlər. Bu gün də buna imkan var. Bu gün biz artıq Vyetnam şirkətlərini Azərbaycana dəvət edirik. Azərbaycanda zəngin neft-qaz yataqları var və istərdik ki, Vyetnam şirkətləri də bizim yataqlarımızda, onların işlənməsində iştirak etsinlər. Eyni zamanda, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti – SOCAR da artıq beynəlxalq enerji şirkətinə çevrilib və böyük maraqla Vyetnamda işləmək üçün səylər göstərir".

Prezident bildirib ki, bu gün, eyni zamanda, humanitar sahədə əməkdaşlıq diqqət mərkəzində idi. Burada da gözəl təcrübə var, gözəl ənənələr var: "Mən keçən il Vyetnamda olarkən vaxtilə Azərbaycanda təhsil almış vyetnamlı tələbələrlə görüşmüşdüm. Çox səmimi bir görüş idi. Mən onları Azərbaycana dəvət etdim. Şadam ki, bir həftə bundan əvvəl Azərbaycana gəlmişlər və əmnəm ki, öz doğma yerlərinə bir daha baxaraq çox xoş təəssüratlarla vətənə qayıtmışlar. Eyni zamanda, Vyetnam-Azərbaycan dostluq forumu keçirilmişdir. Bu gün cənab Prezidentlə bir daha bu məsələlərlə bağlı fikirlərimizi bildirdik. Biz istəyirik ki, Vyetnamdan daha çox tələbə Azərbaycana gəlsin, burada təhsil alsın. Və beləliklə, bizim əlaqələrimiz daha da geniş miqyaslı ola bilər.

Bir sözlə sözlərimi yekunlaşdıraraq qeyd etməliyəm ki, bizim əlaqələrimiz artıq yüksək səviyyədədir. Bir il ərzində iki dövlət səfəri həyata keçirilir. Bu özlüyündə bir göstəricidir. Əlaqələrimizin mahiyyəti də çox müsbətdir, çox möhkəmdir. Gələcəkdə iki dost ölkə kimi əlaqələrimizi daha da genişləndirəcəyik. Və Vyetnam-Azərbaycan dostluğunu daha da möhkəmləndirəcəyik".


"Bütün ölkələrin ərazi bütövlüyü eyni yanaşma ilə tənzimlənməlidir"

"Bu gün regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi apardıq. Mən cənab prezidenti bizim regionda baş verən hadisələrlə bağlı məlumatlandırdım. Qeyd etdim ki, regional təhlükəsizlik üçün əsas məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Əfsuslar olsun ki, uzun illərdir bu məsələ öz həllini tapmır. Baxmayaraq ki, BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasına dair 4 qətnamə qəbul edib, əfsuslar olsun ki, Ermənistan buna məhəl qoymur, bu qətnamələri icra etmir və beləliklə işğal davam edir" - deyə Prezident İlham Əliyev bildirib.

Prezident qeyd edib ki, bu işğal və etnik təmizləmə nəticəsində 1 miyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın, köçkün vəziyyətinə düşüb: "Bizə qarşı etnik təmizləmə siyasəti aparılıb. Ərazimizin 20 faizi hələ də işğal altındadır".

Dövlət başçısı xatırladıb ki, bir çox beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı öz ədalətli mövqeyini bildirib: "BMT, onun Təhlükəsizlik Şurası, ATƏT, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı - bütün bu mötəbər təşkilatlar birmənalı olaraq Azərbaycanın haqq işini dəstəkləyərək müvafiq qərar və qətnamələr qəbul ediblər. Bu məsələ və bütün başqa məsələlər beynəlxalq hüquq əsasında öz həllini tapmalıdır. Beynəlxalq hüququn fundamental prinsipi isə ölkələrin ərazi bütövlyüdür. Bu məsələdə beynəlxalq birlik vahid mövqe nümayiş etdirməlidir, burada heç bir ayrı-seçkiliyə yol verilməməlidir və bütün ölkələrin ərazi bütövlüyü eyni yanaşma ilə tənzimlənməlidir".


Geniş tərkibdə görüş

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqın geniş tərkibdə görüşü olub. Dövlət başçıları görüşdə çıxış ediblər.

Prezident İlham Əliyev deyib: "Hörmətli cənab Prezident. Hörmətli nümayəndə heyətinin üzvləri. Sizi Azərbaycanda bir daha ürəkdən salamlayıram. Bir qədər əvvəl məhdud tərkibdə görüş keçirdik, ölkələrimiz arasında strateji əməkdaşlığın mühüm məsələlərini müzakirə etdik. İndi nümayəndə heyətinin bütün üzvlərinin iştirakı ilə dialoqumuzu davam etdirəcəyik. Cənab Prezident, Sizin ölkəmizə səfərinizə çox böyük əhəmiyyət veririk. Vyetnam bizim üçün dost ölkədir və ölkələrimiz arasında münasibətlər çox uğurla inkişaf edir. Əlbəttə, mən ötən il Sizin ölkəyə səfərimi həmişə xatırlayıram.

Apardığımız danışıqlar və qəbul etdiyimiz qərarlar münasibətlərimizin uğurlu inkişafını təmin edir. Siyasi dialoqu, iqtisadi sahədə, energetika sahəsində əməkdaşlığı möhkəmləndirmək üçün çox yaxşı perspektivlərimiz var. Humanitar əməkdaşlıq da münasibətlərimizin formatının ayrılmaz tərkib hissəsidir. Əminəm ki, səfərin nəticələri çox uğurlu olacaq və əlaqələrimizin genişlənməsi üçün daha möhkəm zəmin yaradacaq. Cənab Prezident, Sizi və nümayəndə heyətinizin bütün üzvlərini bir daha salamlayıram".

Prezident Çıonq Tan Şanq deyib: "Çox sağ olun, hörmətli cənab Prezident. Sizin ölkəmizə səfərinizdən düz bir il sonra Azərbaycana səfər edən Vyetnam nümayəndə heyətinə başçılıq etməyimə çox şadam. Bu, həm də onu göstərir ki, biz artıq ənənəvi dostlarımız, o cümlədən Azərbaycan ilə münasibətlərimizin inkişafına çox böyük əhəmiyyət veririk. İcazə verin, ilk növbədə, bizə göstərilən çox səmimi, təntənəli və qardaşcasına qəbula görə bütün nümayəndə heyətimizin adından Sizə minnətdarlığımı ifadə edim".

Söhbət zamanı Azərbaycanın sovetlər dövründə Vyetnama yardımı, xüsusilə neft-qaz sahəsində kadrların hazırlanmasında köməyi yüksək qiymətləndirildi, bu ənənələrin davam etdirilməsinin vacibliyi bildirildi. Beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlığın davam etdirildiyi vurğulandı, ölkələrimiz arasında ticarət dövriyyəsinin artdığı diqqətə çatdırıldı. Neft-qaz sahəsində əməkdaşlığın gözəl perspektivə malik olduğu bildirildi. Azərbaycanın şəhərsalma və infrastruktur sahəsində yaxşı təcrübəyə malik olması nəzərə alınaraq, şəhər tikintisi, infrastruktur və nəqliyyat sahələrində ölkəmizlə təcrübə mübadiləsinin aparılmasının önəmi qeyd edildi. Təhsil, kadr hazırlığı, tikinti, infrastruktur, humanitar, turizm, idman və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı. Bu sahələrdə əlaqələrin genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu vurğulandı.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ