şənbə günü, 07 noyabr 2026
     

Milli Məclisdə Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı qarayaxma kampaniyası ilə bağlı dinləmələr keçirilib

Image


Bu gün Milli Məclisdə Avropa Oyunları yaxınlaşdıqca, Azərbaycana qarşı artan qarayaxma kampaniyası və Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirmə cəhdlərinə həsr olunmuş dinləmələr keçirilib. Trend-in məlumatına görə, dinləmələrdə millət vəkilləri, QHT və KİV rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev bildirib ki, Avropa Oyunları Azərbaycanın böyük uğurudur: "Hər ölkəyə belə bir etimad göstərilmir. Hər bir ölkənin böyük yarışlara ev sahibliyi etmək potensialı və təcrübəsi yoxdur. Azərbaycan gənc ölkə kimi belə bir möhtəşəm tədbirə ev sahibliyi edir. Bununla bağlı ölkəyə qarşı aparılan kampaniya siyasi qısqanclıqdan irəli gəlir. Əlbəttə ki, bu işlər üzücüdür".

A.Quliyev qeyd edib ki, Azərbaycan bu Oyunları keçirməyi xoş niyyətlə öz üzərinə götürüb: "Təbii ki, Avropada insanlar bu Oyunların keçirilməsini dəstəkləyir. Əfsuslar olsun ki, Azərbaycana qarşı belə münasibətlər də var, təbii ki, burada bir çox amillər, o cümlədən geosiyasi məsələlər, siyasi qısqanclıq da var".

Ötən gün Avropa Parlamentində Azərbaycanla bağlı dinləmələrə gəlincə, A.Quliyev deyib ki, onların bütün iddiaları əsassızdır: "Deyirlər ki, niyə Azərbaycan xarici jurnalistlərin ölkəyə gəlməsinə qadağa qoyur? Amma halbuki Avropa Oyunlarında iştirak etmək üçün 1500 xarici jurnalist qeydiyyatdan keçib və onlar Azərbaycana gələcəklər. Yəni buradan aydın olur ki, Avropa Parlamenti məsələləri öz istədiyi kimi qələmə verir".

Milli Məclisin sədr müavini Valeh Ələsgərov isə qeyd edib: "Təəccübləndirici hallardan biri budur ki, Avropa Parlamentinin üzvləri Azərbaycana qarşı bu qədər alçaq hərəkətlərə əl atırlar və bunu silsilə şəkildə edirlər”.

V.Ələsgərov bildirib ki, bu, hər hansı mərkəzdən idarə olunan davamlı prosesdir: "Son zamanlar Ələkrəm Hümbətov kimi alçaq, vətən xainlərini Avropa Parlamentindəki dinləmələrə dəvət edirlər. Belə bir alçağı ora dəvət etmək onların hansı niyyətdə olduqlarının göstəricisidir".

O vurğulayıb ki, Azərbaycan başqa ölkələrdən fərqli olaraq müstəqil siyasət aparır, Azərbaycanın kiminsə ağzına, əlinə baxmağa ehtiyacı yoxdur: "Təzyiqlərə baxmayaraq, biz müstəqil siyasəti aparırıq. Avropa siyasətçilərinin Azərbaycanla əməkdaşlıq qurması, tənqid, tərif etməsi üçün yetərli platformalar var. Bizimlə tərəfdaş kimi danışsınlar. Başqa cür qəbul edə bilmərik. Hər kəs də bilir ki, bəzi qüvvələr rəsmi şəkildə edə bilmədiklərini qeyri-rəsmi şəkildə ən alçaq formada həyata keçirirlər".

V.Ələsgərov əlavə edib ki, ölkəyə qarşı bu qədər kampaniyaların keçirilməsi Azərbaycanın nə qədər qüdrətli olmasından xəbər verir.

Daha sonra çıxış edən Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət Avropada insan hüquqları ilə bağlı bir sıra faktlardan misallar gətirib. O, qeyd edib ki, Avropa ölkələrində həm də dini və irqi ayrı-seçkilik zəminində cinayət halları artır: "Bu ölkələrdə tolerantlıq yerini getdikcə daha çox dözümsüzlüyə verir. Nəticədə İslam, yəhudi dinindən olanlar, eyni zamanda, qaradərililər ayrı-seçkiliyə məruz qalırlar”.

A.Həsrət bildirib ki, misal üçün, bu ilin fevralında Fransanın Strasburq şəhərində yəhudi qəbiristanlığına hücum nəticəsində 100-dək yəhudi məzarı dağıdılmışdı: "Yaxud da ötən ilin may ayında Brüsseldəki yəhudi muzeyinə hücum nəticəsində 4 nəfər öldürülmüşdü. 2012-ci ilin fevralında isə Fransanın Tuluza şəhərindəki yəhudi məktəbinə hücumda bir kişi və 3 yəhudi uşağı öldürülmüşdü. Avropa İttifaqı Təməl Hüquqlar Agentliyinin araşdırmalarına görə, 2013-cü il ərzində Belçika, Fransa, Almaniya, İtaliya, İsveç, Böyük Briyaniya kimi ölkələrdə rəyi soruşulanların 75 faizi antisemitizm hallarının artdığını deyib. Yəhudi olduğu üçün küçəyə çıxmağa qorxduğunu deyənlərin sayı isə 50 faiz təşkil edib. Hər 100 nəfərdən 33-ü bu səbəbdən hücuma məruz qala biləcəyindən qorxur”.

O, qeyd edib ki, ən dəhşətlisi isə odur ki, kiçik uşaqların zorla ailəsinin əlindən alınması Avropada getdikcə adiləşir: "Hər il on minlərlə uşaq müxtəlif bəhanələrlə ailəsindən alınır və bir daha geri qaytarılmır. Bu münasibətə daha çox köçkün və qaçqın uşaqları məruz qalır. Misal üçün, təkcə 2011-ci ildə Almaniyada yeniyetmələrlə iş üzrə dövlət qurumu – "Jugendamt" 38 min 456 uşağı zorla ailəsinin əlindən alıb ki, bunların da 5 mini türk uşaqlarıdır”.

Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əlməmməd Nuriyev bildirib ki, Azərbayana qarşı aparılan bu kampaniyanın arxasında iki məqsəd durur: "Azərbaycanı müstəqil siyasətindən sapdırmaq və Dağlıq Qarabağ münaqişəsini ermənilərin xeyrinə həll etməkdir. Bizi ittiham edən Avropa ölkələrinə baxdıqda görürük ki, orada siyasi korrupsiya mövcuddur. Siyasi korrupsiya dedikdə, lobbiçilik fəaliyyətlərinin qeyri-şəffaf olduğunu qeyd edə bilərik. Avropa İttifaqı ölkələri ilə bağlı Beynəlxalq Şəffaflıq Təşkilatının apardığı hesabatda da qeyd olunub ki, Avropa ölkələrində siyasi korrupsiya geniş yayılıb”.

Ə.Nuriyev deyib ki, elə Avropa təşkilatlarının araşdırmalarına əsasən Avropa ölkələri hər il korrupsiyadan 320 milyard avro itirir. O vurğulayıb ki, Azərbaycan korrupsiyaya qarşı daim mübarizə aparır və bunun nəticələrini hər gün görürük: "Buna misal olaraq, Korrupsiya qarşı Mübarizə Baş İdarəsi, "ASAN xidmət" yaradılıb və BMT "ASAN xidmət"i ən ali mükafatına layiq görüb”.

Daha sonra çıxış edən hüquq müdafiəçisi Sahib Məmmədov qeyd edib ki, bəzi dairələr insan hüquq və azadlıqlarından istifadə edərək Azərbaycana qarşı çirkli kampaniya aparırlar.

O, Azərbaycana qarşı kampaniya aparan xarici QHT-ləri 3 qrupa ayırıb: "Bunlardan birincisi Azərbaycana qarşı düşmən mövqeyində olan QHT-lərdir. Digər qrup isə sifariş yerinə yetirən QHT-lərdir. Bu təşkilatlar Azərbaycana qarşı kampaniyada iştirak edirlər. Başqa bir qrup isə yanlış informasiya əsasında Azərbaycana dair mənfi məlumatlarla yüklənən təşkilatlardır”.

S.Məmmədov bu cür təşkilatlardan nümunə də göstərib: "Misal üçün, Çexiyanın PİN təşkilatı. Bu təşkilat 1988-ci ildə zəlzələ zamanı tələbələr tərəfindən yaradılıb. 1992-ci ildə Xankəndində hospital təşkil edib və tərəfkeşlik edərək yalnız erməniləri müalicə ediblər. 1992-ci ildə erməni əsrliyindən azad olunmuş şəxslərin verdiyi məlumatlardan məlum olur ki, bu təşkilatın əməkdaşları azərbaycanlı əsrlərə qarşı hərbi cinayətlərdə iştirak ediblər. Belə məlumatlar da çoxdur ki, bu hospital insan orqanlarının alveri ilə məşğul olub və bunun qurbanları da azərbaycanlı uşaqlar olub. Belə cinayətlərlə məşğul olan bu təşkilat indi Azərbaycanda insan hüquqlarından danışır”.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ