M.Qurbanlı deyib ki, ibadət evlərinin bir qisminin təmir və bərpası Azərbaycan hökumətinin hesabına həyata keçirilir.
Səmimi qəbul üçün minnətdarlığını bildirən səfir iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi üçün səylə çalışdığını deyib: "Səfir kimi namizədliyim irəli sürülərkən ABŞ Senatındakı çıxışımda Azərbaycanın yüksək tolerantlıq nümunəsi olduğunu xüsusi vurğulamışam”.
Səmimi şəraitdə keçirilən görüşün sonunda Dövlət Komitəsinin sədri M.Qurbanlı səfir R.Sekutaya diplomatik fəaliyyətində uğurlar arzulayıb.