İran rəsmisi bu məsələni Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müaviniləri Ərəstun Mehdiyev və Vüqar Əliyev ilə görüşdə vurğulayıb.
Əxgəri deyib ki, İranda Azərbaycan dilində fəaliyyət göstərəcək televiziya kanalının hazırlıq işləri tamamlanmaq üzrədir və kanal gələcək 3 həftə ərzində fəaliyyətə başlayacaq.
O, əlavə edib ki, televiziyada əsasən mədəniyyət, cəmiyyət və incəsənət sahələrində fəaliyyət göstərəcək və kanalda Azərbaycan dilində film, televiziya serialları, cizgi, sənədli filmlər və xəbər verilişləri yayımlanacaq.
İran Radio və Televiziya Təşkilatının sədr müavini Azərbaycan mediasını bu kanalın verilişlərinin daha da zənginləşdirilməsi üçün əməkdaşlığa dəvət edib.
Əxgəri yeni kanalda Azərbaycan və İran arasındakı mədəni və iqtisadi əməkdaşlıqların əks olunacağını da vurğulayıb.
Əxgəri həmçinin Azərbaycan və İran arasında müştərək işçi qrupunun tezliklə fəaliyyətə başlayacağına ümid etdiyini də bildirib.