şənbə günü, 07 noyabr 2026
     

Prezident İlham Əliyev və xanımı Moskvada Qələbənin 70 illiyi münasibətilə keçirilən bayram tədbirlərində iştirak ediblər

Image


Bu gün Moskvada 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi münasibətilə bayram tədbirləri keçirilib. Rusiya Federasiyasına işgüzar səfərə gələn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva bayram tədbirlərində iştirak ediblər.

Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Rusiya dövlətinin başçısı Vladimir Putin Kremldə qarşıladı.

Fəxri qonaqlar bayram təntənələrinin keçirildiyi Qızıl meydana gəldikdən sonra hərbi parad başladı.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Quru Qoşunlarının Baş komandanı Oleq Salyukov paradı qəbul etdilər.

Mərasim iştirakçılarını təbrik edən Rusiya Prezidenti Vladimir Putin dünya əhalisinin 80 faizinin cəlb olunduğu İkinci Dünya Müharibəsində qazanılan qələbədə keçmiş sovet xalqlarının, həmçinin antihitler koalisiyasını təmsil edən ölkələrin xidmətlərinin heç vaxt unudulmayacağını bildirdi. Qələbə gününün həmin xalqların və dövlətlərin ümumi bayramının olduğunu vurğulayan Vladimir Putin bildirdi ki, heç vaxt unudulmayacaq bu tarix müasir dövr üçün də bir örnəkdir.

Daha sonra paradda hərbçilərin təntənəli keçidi başladı. Meydana MDB və antihitler koalisiyası ölkələrinin hərbçiləri daxil oldu. Dəstənin önündə Azərbaycan hərbçiləri gedirdi. Mayor Mehdi Mahmudovun rəhbərliyi ilə 70 Azərbaycan hərbçisindən ibarət parad heyəti Qızıl meydanda tribunalar qarşısından keçdi.

Azərbaycanlı zabit və əsgərlər faşizm üzərində Qələbənin əldə olunmasında müstəsna və tarixi rol oynayıblar, ən ağır döyüşlərdən qəhrəman kimi çıxıblar. Odur ki, tarixi Qələbənin qazanılmasında ölkəmizin əvəzsiz xidmətləri danılmazdır. O vaxt Sovet İttifaqının tərkibində olan Azərbaycandan cəbhəyə 700 minə yaxın hərbçi yollandı. Böyük Qələbənin qazanılmasında misilsiz xidmətlər göstərən hərbçilərimizin 300 mini döyüş meydanlarında həlak oldu. 123 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü, 30 nəfər "Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edildi, 170 min əsgər və zabitimiz isə müxtəlif orden və medallarla mükafatlandırıldılar.

Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçdi, yüzlərlə həmyerlimiz partizan dəstələrinin tərkibində vuruşdu. Azərbaycanın əsgər və zabitləri Brest, Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Ukrayna, Belorus, Pribaltika cəbhələrində cəsarətlə vuruşdular. Azərbaycanlılardan ibarət 416-cı, 402-ci, 396-cı, 223-cü, 77-ci milli diviziyalar Simferepolun, Odessanın, 77-ci diviziya Polşa və Çexoslovakiyanın, 223-cü diviziya isə Yuqoslaviyanın azadlığı uğrunda fəal iştirak etdilər.

X X X

Faşizm üzərində Qələbənin 70 illiyi münasibətilə keçirilən hərbi parad zirehli texnikanın keçidi ilə davam etdi. Dəstənin önündə əfsanəvi "T-34” tankı gedirdi. Bundan əlavə, paradda nümayiş olunan çoxsaylı döyüş maşınları arasında yaxın gələcəkdə kütləvi istehsalına başlanacaq "Armata” ağır zirehli piyada maşını, həmçinin "Yarus” raket kompleksinin ilk nümunələri, raket kompleksləri də var idi.

Qeyd edək ki, Qələbənin qazanılmasında yalnız qəhrəman övladlarımız deyil, həm də Azərbaycan neftinin böyük rolu olub. Bakı neftinin Böyük Vətən müharibəsinin taleyini həll etməsi fikri elə müharibənin ilk illərində öz təsdiqini tapıb. Düz 5 il Bakı nefti ön və arxa cəbhəni yüksək keyfiyyətli yanacaqla təmin edib. Müharibə dövründə SSRİ-də ümumilikdə 110 milyon ton neft çıxarılıb. Bu neftin 75 milyon tonunu, cəbhəyə göndərilən neft məhsullarının isə 85-90 faizini Azərbaycan verib. Ön cəbhədəki hər 4 tankdan 1-i Azərbaycan nefti ilə hərəkət edib. Daha bir fakt: Berlinin süqutu günü 5 sovet təyyarəsi havaya qalxıb, 5-i də Bakı nefti ilə. Məhz bu səbəbdən də Bakını İkinci Dünya müharibəsinin taleyini həll edən şəhər adlandırırlar. Bakı neftinin müharibənin gedişi üçün həlledici rol oynadığını yaxşı bilən Hitler məhz buna görə Almaniyanın birinci tank ordusuna 1942-ci il sentyabrın 25-də Bakını zəbt etmək əmrini vermişdi. Hitler "Qafqaza hücuma başlayanda biz mütləq Bakını tutmalıyıq, əgər biz Bakı neftini ələ keçirməsək müharibəni uduzacağıq”, - demişdi. Düşmən 1942-ci ildə 71, 1943-cü ildə 3 dəfə Bakı səmasını zəbt etməyə çalışıb. Qəhrəman təyyarəçilərimiz isə bu hücumların qarşısını alır, düşmənin 96 təyyarəsini məhv edirlər. Burada daha bir məqamı da xüsusi vurğulamaq lazımdır. Bakının neft amalı müəssisələri alimlərin və mühəndis-texniki işçilərin səyi nəticəsində cəbhə üçün yüksək oktanlı benzin istehsalını da uğurla həyata keçirdilər. 1941-ci ilin yayında Bakıda ilk hidrogen birləşmələri qrupu hazırlandı. Akademik Yusif Məmmədəliyevin başçılığı altında bir qrup alim 28 gün laboratoriyadan çıxmayaraq neft-kimya elmində böyük nailiyyət hesab edilən yüksək oktanlı aviasiya yanacağı əldə etdilər. Bu, müharibədə motorlar döyüşündə ciddi dönüşə səbəb oldu.

Parad zamanı Moskva səmasında hərbi hava qüvvələrinin də nümunəvi çıxışları oldu. Onların arasında "TU-160” strateji bombardmançı, dünyanın "AN-124”, "Ruslan” kimi ən böyük hərbi nəqliyyat təyyarələri də var idi. Rusiyanın məşhur "SU-24”, "SU-34” və "MİQ-29” qırıcılarının pilot qrupları da səmada öz məharətlərini nümayiş etdirdilər.

Havada yanacaq dolduran təyyarələrin çətin tapşırığı məharətlə yerinə yetirməsi və hərbi vertolyotların manevrləri maraqla qarşılandı. On beş təyyarədən ibarət dəstə Qələbənin yubiley rəmzi olan 70 rəqəmini səmaya yazdılar.

Hərbi paraddan sonra dövlət və hökumət başçıları Naməlum Əsgər abidəsi önünə əklil qoydular.

Sonra birgə xatirə şəkli çəkdirildi.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ