şənbə günü, 07 noyabr 2026
     

Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü MTN-də qeyd edilib

Image


Milli Təhlükəsizlik Nazirliyində (MTN) ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü təntənəli qeyd edilib. MTN-nin İctimai Əlaqələr İdarəsindən Trend-ə verilən məlumata görə, general-polkovnik Eldar Mahmudov başda olmaqla Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyəti ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Fəxri xiyabana gələrək Azərbaycanın təhlükəsizlik orqanlarının əbədi və fəxri rəhbəri, bu mühüm dövlət təsisatında milliləşmə prosesinin və peşəkarlıq məktəbinin banisi ulu öndərin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstəsi düzülmüşdür.

Təntənəli mərasim Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında davam etdirilmişdir. Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoymuşlar. Akademiyanın döyüş bayrağı təntənəli şəkildə sıra meydanına gətirilmişdir. Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, dövlət himni səsləndirilmişdir.

Milli təhlükəsizlik naziri general-polkovnik Eldar Mahmudov ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılan və onun adını şərəflə daşıyan bu ali təhsil ocağının müəllim-professor heyətini, dinləyiciləri və kursantları dahi şəxsiyyətin anadan olmasının ildönümü münasibətilə təbrik etmiş, onlara ulu öndərin Azərbaycanın milli maraqlarının və təhlükəsizliyinin qorunması irsinin öyrənilməsi və davam etdirilməsi kimi məsuliyyətli fəaliyyətlərində uğurlar arzulamışdır.

Ümummilli lider Heydər Əliyevin müasir Azərbaycanın qurucusu və ölkəmizin müstəqil dövlət kimi əbədi yaşamasının təminatçısı olduğunu diqqətə çatdıran nazir Eldar Mahmudov, ulu öndərin həyatının vətənin, xalqın tarixi və taleyi ilə sıx bağlı olduğunu qeyd etmişdir. Məhz buna görə Heydər Əliyevin anadan olduğu 10 may tarixi hər il ümumxalq bayramı kimi qeyd edilir.

Nazir qeyd edib ki, dahi şəxsiyyət Heydər Əliyev hələ ötən əsrin 60-70-ci illərində Azərbaycanın gələcəyi üçün siyasi, iqtisadi, intellektual zəmin hazırlayırdı. Bu illər geniş quruculuq-yaradıcılıq dövrü idi. Həm də, təhlükəsizlik orqanlarında milliləşmə prosesi ilə tariximizə yazılmışdır. Ulu öndər Heydər Əliyev təhlükəsizlik orqanlarının sıralarında 25 ildən artıq müddətdə fəaliyyət göstərib: "Onun səyi nəticəsində Azərbaycanda xüsusi xidmət sahəsinin bütöv bir nəsli formalaşıbdır. Şəxsən həyata keçirdiyi əks-kəşfiyyat əməliyyat işləri bu gün də metodik vəsait kimi maraqla öyrənilir. Ümummilli lider Heydər Əliyevin gərgin fəaliyyətinin ən önəmli nəticələrindən biri Azərbaycan Respublikasının milli təhlükəsizlik sisteminin yaradılmasıdır. Bu sistem Ulu öndərin peşəkarlıq irsinə və perspektivli strategiyasına əsaslanır. Milli Təhlükəsizlik Nazirliyində Vətənə, xalqa və dövlətə sədaqət kimi Heydər Əliyev ənənələri bu gün uğurla davam etdirilir. Ulu öndərin adını şərəflə daşıyan bu xüsusi təyinatlı ali təhsil müəssisəsinin diləyiciləri və kursantları Akademiyada Heydər Əliyev peşəkarlıq dərslərini öyrənməkdən qürur duymalı və faydalanmalıdırlar”.

Nazir Eldar Mahmudov bildirmişdir ki, illər ötdükcə Heydər Əliyevin Azərbaycan naminə tarixi xidmətlərinin miqyası daha aydın görünür. Bu ölçüyəgəlməz xidmətlər sırasında Azərbaycanı məhv olmaqdan qoruması xüsusi qeyd edilməlidir. Yaxın tarixi, 1993-cü ildə baş verən hadisələri yada salmaq kifayətdir. Həmin dövrdə Heydər Əliyev xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtmasaydı, Azərbaycanı nələr gözlədiyi məlumdur. Bu gün ölkə həyatının elə bir sahəsi yoxdur ki, orada Ulu öndərin izləri aydın görünməsin. Onun gərgin fəaliyyəti nəticəsində ölkədə sabitliyin və davamlı inkişafın möhkəm təməlləri qoyulmuşdur: "Ümummilli lider Heydər Əliyev daim təhsilə xüsusi önəm verirdi. Onun təşəbbüsü ilə hələ SSRİ dövründə hər il yüzlərlə azərbaycanlı Moskva, Leninqrad, Kiyev kimi şəhərlərə ali təhsil almağa göndərilirdi. Hələ o zaman bu günki Azərbaycanın kadr potensialının əsasları qoyulurdu. Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının yaradılması da Ulu öndərin bu istiqamətdəki çoxşaxəli fəaliyyətinin mühüm nəticələrindən biridir. Xüsusi xidmətin əsl peşəkarı kimi bu orqanların əməkdaşlarının yalnız öz ölkəsində hazırlanmasına prinsipial əhəmiyyət verirdi. Ona görə də, Milli Təhlükəsizlik Nazirliyinin Akademiyası dahi peşəkarın adını daşıyır. Ulu öndər Heydər Əliyevin başladığı milli dövlət quruculuğu prosesi hazırda uğurla davam etdirilir. Bu gün mütərəqqi dünyanın sıralarına sürətlə inteqrasiya edən Azərbaycan mühüm regional və beynəlxalq layihələrin təşəbbüskarı və iştirakçısıdır. Azərbaycan artıq neçə illərdir ki, iqtisadi inkişaf tempinə görə dünyanın lider ölkələri sırasındadır. Bu uğurların qazanılmasında əhəmiyyətli rolu olan Milli Təhlükəsizlik Nazirliyinin dövlətçiliyin və daxili sabitliyin möhkəmləndirilməsi sahəsində ardıcıl fəaliyyəti bugünki dinamik inkişafa xidmət edir. Xüsusilə terror-təxribat cəhdlərinin qarşısının alınması, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiya, insan alveri və mütəşəkkil cinayətkarlığın digər təzahürlərinə qarşı mübarizədə uğurlu nəticələr əldə edilmişdir. Müvafiq tədbirlərin vaxtında görülməsi xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyətinin aşkarlanması, qabaqlanması və ifşa edilməsi istiqamətində səmərəli nəticələrin əldə olunmasına imkan vermişdir”.

Nazir Eldar Mahmudov gələcək təhlükəsizlik zabitləri olan kursantların bu prosesdə yaxından iştirak edəcəklərini bildirərək, onların təhsildə əldə etdikləri yüksək nəticələrin fəaliyyət sahələrində mühüm əsas olacağını qeyd etmişdir: "Bunun üçün Akademiyada yüksək təhsil üçün hərtərəfli və səmərəli şərait yaradılıb. Bu proses daimi xarakter daşıyır, gənclərin yad təsirlərdən qorunması, ölkədə və dünyada gedən prosesləri düzgün qiymətləndirmək bacarığına yiyələnmələri üçün ardıcıl tədbirlər görülür. Qlobal və regional xarakterli təhdidlərin artdığı şəraitdə milli təhlükəsizlik əməkdaşından getdikcə daha yüksək peşəkarlıq, bilik səviyyəsi, çeviklik və səriştə tələb edilir. Bu mənada, əməkdaşların və kursantların da üzərinə böyük məsuliyyət düşür”.

Nazir bildirib ki, bizim başlıca məqsədimiz və vəzifəmiz işğal olunmuş torpaqlarımızın azad edilməsidir: "Möhtərəm Prezident, cənab Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, "biz nəinki işğal olunmuş Qarabağı azad edəcəyik, həm də tarixi və əzəli torpaqlarımız olan Qərbi Azərbaycana, İrəvana qayıdacağıq. Bu bizim strateji hədəfimizdir”. Ulu öndərin adını daşıyan Akadmiyanın kursantları və məzunları xüsusi fərqlənməlidirlər. Çünki biz həm arxa, həm də ön cəbhədəyik. Dərin bilik, yüksək vətənpərvərlik, fiziki və döyüş hazırlığı, peşəkarlıq, ciddi xidməti və icra intizamı – budur bizim devizimiz”.

Nazir Eldar Mahmudov şəxsi heyətin ümummilli lider Heydər Əliyevin təhlükəsizlik orqanlarında yaratdığı peşəkarlıq fəaliyyətini şərəflə davam etdirəcəklərini və Azərbaycanın qüdrətlənməsi, milli maraqların, mənafelərin və təhlükəsizliyin etibarlı təmin olunması istiqamətində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yüksək etimadını doğrultmaq üçün bundan sonra da əzmlə çalışacaqlarını bildirmişdir.

Sonra hərbi orkestrin müşayiəti ilə Akademiyanın kursantları təntənəli marşla tribunanın önündən addımlamışlar.

Təntənəli mərasim ümummili liderin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş elmi konfransla davam etdirilmişdir. MTN-in Heydər Əliyev adına Akademiyasının rəisi general-leytenant Ziya Yusif-zadə çıxış edərək bildirmişdir ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra onun keçdiyi yol heç də hamar olmayıb. Müstəqil dövlətçiliyimiz həmin illər ərzində ciddi problemlərlə, hətta ölüm, ya qalım dilemması ilə üzləşmişdi. Məhz Ulu öndər Heydər Əliyev dühası, qədim dövlətçilik ənənələrinə malik xalqımızın möhkəm iradəsi və xalq-iqtidar birliyi müstəqillik yolumuzda qarşıya çıxmış bütün maneələri qətiyyətlə dəf edərək xarici və daxili düşmənlərimizin ölkədə vətəndaş qarşıdurması və xaos yaratmaq istəklərini puça çıxardı. Şübhəsiz ki, ölkəmizdə ictimai-sosial həyatın bütün sahələrində əldə olunan uğurların əsas səbəbi Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi müdrik siyasətin milli maraqlara, müasir dəyərlərə, ənənələrə söykənməsi və Heydər Əliyev siyasi kursunun yeni şəraitin tələblərinə uyğun surətdə, yaradıcılıqla davam etdirilməsidir. Heydər Əliyevin ölkəmizin inkişafı sahəsində başladığı nəhəng işlər, möhtəşəm layihələr hazırda onun siyasi irsinin layiqli davamçısı, xalqımızın sevimli oğlu İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Biz bu gün qürurla deyə bilərik ki, Azərbaycan Respublikası özünün şərəfli dövrünü yaşayır. Azərbaycan xalqını daha işıqlı gələcəyə aparan və əsası ulu öndərimiz tərəfindən qoyulmuş İlham Əliyev siyasəti bundan sonra da uğurla davam etdiriləcək və ölkəmiz günü-gündən çiçəklənəcəkdir.

Konfransda çıxış edən Akademiyanın kafedra rəisi, iqtisad elmləri namizədi, dosent M.Ramazanov, ali kursların dinləyicisi leytenant T.Ağasiyev, kursantlar N.Niyazov və İ.Əliyev ümummilli lider Heydər Əliyevin misilsiz fəaliyyəti nəticəsində Azərbaycanın öz müstəqilliyini qoruyub saxlamasından, müasir dövlət quruculuğundakı rolundan, gənclərə göstərdiyi diqqət və qayğıdan danışmış, Heydər Əliyev irsinə və amallarına daim sadiq olacaqlarını, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşəcəklərini, vətənimizin daha da qüdrətlənməsi üçün səylərini əsirgəməyəcəklərini bildirmişlər.

Tədbirin sonunda ümummilli lider Heydər Əliyevə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ