Azərbaycanın baş prokuroru Zakir Qaralov mayın 15-də saat 10:00-da canlı bağlantı ilə Quba, Qusar və Xaçmaz rayonlarında yaşayan vətəndaşların Quba rayon Prokurorluğunun inzibati binasında video konfrans rejimində qəbulunu keçirəcək.
Baş Prokurorluğun mətbuat xidmətindən baki-xeber.com-a verilən məlumata görə, qəbulda iştirak etmək istəyən vətəndaşların qeydiyyatı və Quba şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.