Erməni şagirdlər bu il Bakıda keçiriləcək Beynəlxalq Kimya Olimpiadasında iştirak edəcəklər. APA-nın Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, onların Azərbaycana səfəri 47-ci Beynəlxalq Kimya Olimpiadasının Təşkilat Komitəsinin sədri Nərgiz Paşayevanın dəvəti əsasında baş tutacaq.
Erməni məktəblilərinin olimpiadalarda iştirakının vacibliyi nəzərə alınaraq, Ermənistanın Olimpiya komandası iyulun 20-29-da Bakıda keçiriləcək beynəlxalq kimya olimpiadasında iştirak etmək qərarına gəlib. Hazırda Ermənistan komandasının olimpiadada iştirakı ilə bağlı hazırlıq işləri gedir.