Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində ötən il dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçən erməni kəşfiyyatçı Arsen Baqdasaryanın cinayət işi üzrə məhkəmə prosesinə yekun vurulub. Trend Kəpəz TV-yə (Region TV) istinadən məlumat verib ki, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçən prosesdə A.Baqdasaryana hökm oxunub. Hökmə əsasən, erməni kəşfiyyatçı 15 il müddətinə azadlıqdan məhrum edilib.