Bunu jurnalistlərə açıqlamasında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının baş katibi Asəf Hacıyev deyib.
A. Hacıyev bildirib ki, Azərbaycan QDİƏT PA-nın Bakıda keçirilən iclasları ilə bağlı Ermənistan tərəfinə lazımi təminatlar verib və verir: "Ona görə də Bakıda keçirilən iclasla bağlı Ermənistan tərəfinin məktub yazması, əlavə təminat istəməsi növbəti bir oyundur. Bir neçə il əvvəl Bakıda assambleyanın Baş Məclisinin iclası oldu və Ermənistana beynəlxalq katiblik tərəfindən dəvət göndərildi. Əvvəlcə Ermənistan tərəfi dedi ki, dəvət göndərilməyib, ancaq baş katib təsdiq etdi ki, göndərilib. Sonra dedilər ki, dəvət gəlib, dəvəti itirmişik. Artıq parlament səviyyəsində rəsmi sənəd itirilirsə, bu, parlamentin qeyri-ciddiliyindən xəbər verir. İclaslarda iştirak etmək hər ölkənin öz işidir, təşkilat fəaliyyətini davam etdirir”.