şənbə günü, 07 noyabr 2026
     

Prezident İlham Əliyev: “Bakıda həm tarix, həm mədəniyyət, həm müasirlik bir vəhdət təşkil edir”

Image


Mayın 5-də Bakıda "İnturist” otelinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva "İnturist” otelinin açılışında iştirak ediblər. Dövlətimizin başçısı otelin rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyevə otel barədə ətraflı məlumat verildi. Qeyd edildi ki, beşulduzlu bu otel "Absheron Hotel Group”a aiddir. Yeni otel vaxtilə Bakıdakı "İnturist” mehmanxanasının arxitektura üslubunda inşa edilib. Bu mehmanxana nəinki Azərbaycanda, eləcə də keçmiş SSRİ-də çox məşhur idi. 1934-cü ildə istifadəyə verilən keçmiş "İnturist” mehmanxanası fəaliyyət göstərdiyi 70 il ərazində Bakının ən sevilən məkanı olub. Yeni otel köhnə "İnturist” barədə xatirələri yaşatmaqla bərabər, nadir memarlıq quruluşu ilə diqqəti cəlb edir. Beşmərtəbəli binada 150 standart və suit nömrə var. Otaqların hamısı müasirliyi və rahatlığı ilə seçilir. Otelin özəlliyini artıran cəhətlərdən biri də otaqların eyvanlarından Xəzər dənizinə və sahilboyu Bakı bulvarına açılan mənzərədir. Otaqların hamısı sürətli internet, havalandırma və digər zəruri sistemlərlə təchiz olunub.

Oteldə SPA, kitabxana, iclas zalı, restoran da var. Terrasından dənizə gözəl mənzərə açılan restoranda dünya mətbəxinin təamları təqdim ediləcək. Buradakı şərait Bakının keçmiş əfsanəvi "İnturist” mehmanxanasının ab-havasını xatirələrdə canlandırır. Yeni "İnturist” fərqli və nadir mühiti ilə Bakının otel biznesində özünə layiqli yer tutacaq.

Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində son illər digər sahələrdə olduğu kimi, turizmin, o cümlədən müasir otel sisteminin inkişafı istiqamətində mühüm nailiyyətlər əldə edilib. Təsadüfi deyil ki, Azərbaycanda yaradılan müasir otel idarəçiliyi və bu sahənin inkişafı ölkəmizdə beynəlxalq səviyyəli bir çox mehmanxana brendlərinin açılması ilə nəticələnib. Son illərdə ölkənin sosial-iqtisadi inkişafı sayəsində yaradılan müasir turizm infrastrukturunda yeni "İnturist” otelinin də xüsusi rolu olacaq. Azərbaycandakı sabitlik, ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti, incəsənəti, mətbəxi və ən əsası qonaqpərvərliyimiz dünyada böyük maraqla qarşılanır. Bunu son illərdə ölkəmizə gələn turistlərin sayındakı artım da göstərir. Ölkəyə turistlərin cəlb olunmasında, əlbəttə ki, müasir otellərin yaradılmasının rolu böyükdür. Belə müasir otelin bütün dünyanın diqqət mərkəzində olan "Bakı-2015” ilk Avropa Oyunları ərəfəsində istifadəyə verilməsi bu Oyunlarla bağlı ölkəmizə gələn turistlərin rahatlığını təmin etmək baxımından da müstəsna əhəmiyyətə malikdir. Bu cür infrastruktur layihələrinin icrası Bakının turizm potensialını artırmaqla yanaşı, paytaxtın müasir simasının yaradılması işinə də öz töhfəsini verir.

Otellə tanışlıqdan sonra dövlətimizin başçısı kollektivlə görüşdü.

Mehmanxananın kollektivini salamlayan Prezident İlham Əliyev bildirib: "Bu gün şəhərimizin həyatında çox əlamətdar bir gündür. Yeni gözəl mehmanxana açılır. Bu hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. "İnturist” mehmanxanasının açılışı, doğrudan da tarixi hadisədir. Bildiyiniz kimi, vaxtilə Azərbaycanda, Bakıda "İnturist” mehmanxanası olub. Səksən il bundan əvvəl tikilmişdi. Əfsuslar olsun ki, sonra söküldü və onun yerində indi başqa bina tikilib.

Ancaq "İnturist” mehmanxanası yaşlı nəslin xatirəsində həmişə yaşayırdı. Ona görə, çox şadam ki, belə bir qərar qəbul olundu və bu tarixi ədalət bərpa edildi. Gözəl yer seçilib. Əvvəlki "İnturist” mehmanxanasının yeri də buradan bir o qədər də uzaqda deyil. Amma bu yer də çox gözəldir. Çox gözəl mənzərə açılır. Bir daha demək istəyirəm ki, "İnturist” bundan sonra da yaşayacaqdır. Bu, doğrudan da təqdirəlayiq hadisədir. Biz öz tariximizə çox bağlıyıq, tarixi irsimizə sadiqik və çalışırıq ki, həmişə tarixi ədaləti bərpa edək".

Dövlət başçısı bildirib ki, bu mehmanxana ən yüksək standartlara cavab verir: "Çox gözəl şərait yaradılıb. Adam burada özünü sanki öz evindəki kimi hiss edir. Xüsusilə burada gözəl ab-hava var. Əminəm ki, yüksək xidmət də göstəriləcək və qonaqlar burada özlərini çox rahat hiss edəcəklər".

Prezident qeyd edib ki, son vaxtlar Azərbaycanda turizm sektoru sürətlə inkişaf edir. Kadr hazırlığı da lazımi səviyyədədir: "Son illər ərzində Azərbaycanda, xüsusilə Bakıda çoxsaylı otellər tikilmişdir. Bu gün bütün müasir və ən qabaqcıl otellərin brendləri Bakıda vardır. Son 2-3 il ərzində görün nə qədər gözəl otellər tikilib. "Four Seasons”, "Fairmont”, "Mariott”, "Kempinski”, "Jumeirah”, "Hilton”, "Sheraton”, - bunlardan əvvəl "Hyatt” var idi, - indi də "İnturist” oteli. "İnturist” mehmanxanasının da bu otellər sırasında öz yeri var. Əminəm ki, gələcəkdə bu proses davam edəcək. Çünki yaxın gələcəkdə yeni "Ağ şəhər” bulvarında "Bulvar” oteli də açılacaq. Bulvarın uzunluğu artıq 16 kilometrə çatıb. "Ağ şəhər” bulvarı yaxın günlərdə insanların sərəncamına veriləcək. Beləliklə, Bakıya gələn qonaqlar şəhərimizi gəzəcək və bir daha görəcəklər ki, Azərbaycan nə qədər güclü ölkədir, Azərbaycan nə qədər sürətlə inkişaf edir. Bakıya gələn bütün qonaqlar bunu görür və qeyd edirlər".

İlham Əliyev vurğulayıb ki, Bakı dünyanın ən gözəl şəhərlərindən biridir və mənim üçün ən gözəl şəhərdir: "Çünki Bakıda həm tarix, həm mədəniyyət, həm müasirlik bir vəhdət təşkil edir. Son vaxtlar o qədər ictimai yerlər açılıb ki, indi bu ictimai yerlərdə istirahət edə biləcək insanların sayı bəlkə də milyonlarla ölçülür. Bakı bulvarının dünyada analoqu yoxdur. Uzunluğu 16 kilometr olan bu bulvarda rahat, geniş gəzinti və velosiped zolaqları var. Digər ictimai yerlər də gözəldir. Yəqin, siz də izləyirsiniz, vaxtilə zəbt edilmiş bəzi torpaq sahələrini biz indi gözəl parklara çeviririk. Yəni, ictimai yer insanlar üçündür. Bu gün Bakıda istirahət etmək, rahat dincəlmək üçün kifayət qədər geniş imkanlar var. Bu proses davam etdirilir. Bax bu otellə üzbəüz yerlər vaxtilə sənaye zonası idi və dəniz görünmürdü. Burada gəmi təmiri zavodu, ondan sonra hərbi dəniz qüvvələrinə məxsus zavodlar yerləşirdi. Onların hamısı köçürüldü və bu gözəl yerlər artıq insanların sərəncamına verildi. Eyni mənzərəni biz "Ağ şəhər” bulvarında görürük. Orada da bütün o yerlər ya zəbt edilmişdi, ya da vaxtilə sovet dövründə tikilmiş zövqsüz binalar yerləşirdi. Bu gün o ərazi insanlar üçün açıqdır. Ona görə, Azərbaycana investisiyalar da qoyulur. Bax, budur bugünkü ölkəmiz. Azərbaycana gələn hər bir qonaq bax, bunu qeyd edir.

Dünən Bakıda Asiya İnkişaf Bankı Rəhbərlər Şurasının illik toplantısı keçirildi. Tədbirə minlərlə qonaq gəlmişdi və mənimlə söhbətlər əsnasında onların hamısı Bakı haqqında, Azərbaycan haqqında çox müsbət sözlər dedilər. Dedilər ki, Azərbaycanın bu qədər inkişaf etmiş ölkə olduğunu təsəvvür edə bilmirdilər. Bu, həqiqətən belədir və gələn ay ölkəmizə gələcək Avropa idmançıları da bunu görəcəklər. Mənə verilən məlumata görə, artıq otelin bütün otaqları sifariş edilib və siz qonaqlara yaxşı xidmət göstərəcəksiniz.

Bir daha bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm".

Sonda xatirə şəkli çəkdirildi.





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ