şənbə günü, 07 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
İlk Avropa Oyunlarının ən böyük qalibi - Azərbaycan...
Tarix: 05.05.2015 / 03:43
Bölmə: Gündəm
Çox şey dəyişəcək, tək Azərbaycanın birinciliyi dəyişməyəcək...
Cəmi bir aydan bir qədər artıq müddətdən sonra dünyanın nəbzi Bakıda vuracaq. Bütün dünya idmansevərləri Bakının idman ovqatına köklənəcək, dünyanın hər köşəsində həyəcan dolu nəzərlər teleekranlardan Bakıya boylanacaq. Oyunlara ev sahibliyi edəcək Bakı isə, bu coşqunun episentri olaraq, daha böyük həyəcan içərisindədir.
Axı bu oyunlar üzrə yarışmanın ilk olaraq Bakıda keçirilməsi həm də bir məsuliyyət məsələsidir! Bu möhtəşəm günlərdə dünya idmansevərlərinin nəzərləri bir ünvanda kəsişəcək, qəlblər eyni hiss və həyəcanla dolub-daşacaq! Neçə-neçə idmançı sevimli paytaxtımızda ölkəsinin idman şərəfini ucaltmasının qürurunu yaşayacaq, sonra isə Bakının adını ali idman mükafatını qazandığı məkan kimi ən sıcaq xatirələrində yaşadacaq! Sevinc göz yaşları ilə dinlədiyi doğma himnini burada səsləndirməsinin bəxtəvərliyini bölüşəcək! Hələlik isə bu həyəcan dolu günlərə doğru irəliləyir Bakı və onun bu müddətdə qonağı olacaq dünya idman cameəsi...
Artıq 2 ildən çoxdur ki, Bakı İlk Avropa Oyunlarının həyəcanı ilə yaşayır. 2012-ci il 8 dekabr tarixində Romada baş tutmuş Avropa Oyunları Komitəsinin 41-ci Baş Assambleyasında gizli səsvermə nəticəsində 48 səsdən 38 səs lehinə olmaqla İlk Avropa Oyunları yarışmasının Bakıda keçirilməsi barədə qərarın qəbul edilməsilə Azərbaycan ilk qələbəyə imza atmış oldu - ermənilər həmin tədbirdən məyus döndülər. Burada birmənalı qələbə bizim idi və nəticədə Ermənistan nümayəndələri səsvermədən imtina etdilər. Çox keçmədən Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Avropa Oyunlarının Təşkilat Komitəsi yaradıldı. Komitəyə Mehriban xanım Əliyeva sədr təyin olundu və elə ilk günlərdən gərgin zəhmət tələb edən təşkilati işlərə start verildi. Cəmi iki ildən bir qədər artıq zaman kəsiyində bu innovativ yarışmalara hazırlıq prosesində inanılmaz nəticələrə imza atıldı. Bu müddət ərzində, demək olar ki, bütün aparıcı dünya dövlətlərinin paytaxtlarında "Bakı-2015"in təqdimat mərasimi keçirilib.
Dünya siyasətçiləri Avropa Oyunlarının Azərbaycana qazandıracağı uğurlar haqqında nə deyir?
Artıq təkcə Bakının deyil, bu idman bayramına hazırlaşan bütün dünya ölkələrinin böyük bir coşqu və səbrsizliklə gözlədiyi yarışmalara sayılı günlər qalıb və İlk Avropa Oyunlarının məşəli paytaxtda - "Atəşgah"da alovlandırılaraq Respublikanın bölgələrini dolaşmaqdadır. Söz yox ki, ənənənin əsası burada qoyulduğundan, bu yarışma sonrası dünya idman tarixində qalacaq, onilliklər, bəlkə yüzilliklər keçsə də dəyişməyən bir sıra terminlər yaranacaq ki, Bakının adını bu tarixə həkk edəcək. Bu, Avropa Oyunlarının Bakıda keçirilməsinin Azərbaycana gətirəcəyi dividendlərdən yalnız kiçik bir detaldır. Ölkənin bu yarışmalara ev sahibliyi etməsinin ona qazandıracağı üstünlüklər isə daha geniş arealı əhatə edir. Dünyanın aparıcı siyasətçilərinin, dövlət xadimlərinin bu kontekstdə Olimpiya oyunları ərəfəsində səsləndirdiyi fikirlər də bunu söyləməyə əsas verir. Faktlara baxaq.
"İlk Avropa Oyunları Azərbaycan üçün böyük nailiyyətdir. Bu, Azərbaycanın inkişafının, dünyada sülhə və sabitliyə töhfəsinin göstəricisidir". Bu sözləri Albaniyanın sabiq prezidenti Sali Berişa Avropa Oyunlarının Bakıda keçirilməsinə münasibət bildirərkən deyib. S.Berişa qeyd edib ki, Bakı Avropanın idman paytaxtına çevriləcək və bütün dünyanın diqqəti Azərbaycana yönələcək":Doğrudan bu böyük uğurdur və Azərbaycanın dünyada ən böyük təqdimatıdır". Cənab S.Berişa onu da vurğulayıb ki, İlk Avropa Oyunları Azərbaycanın bütün aspektlərdə inkişafına mühüm töhfə verəcək":Bu Oyunlar həm siyasi, həm də iqtisadi baxımdan ölkəyə böyük faydalar gətirəcək. Beynəlxalq aləmdə Azərbaycana göstərilən etimad daha da artacaq və ölkə iqtisadiyyatı, xüsusən də turizm sektoru yalnız indi deyil, həm də gələcəkdə bunun bəhrəsini görəcək".
"İlk Avropa Oyunları turistləri Azərbaycana cəlb etmək üçün maqnit effekti verəcək" - bunu isə isveçrəli ekspert Andrey Baster deyib. A.Baster Oyunların televiziya vasitəsilə bütün dünyada yayımlanacağına diqqət çəkərək bildirib ki, bu da 100 milyonlarla insanın turizm bölgəsi kimi Azərbaycana maraq göstərməsinə səbəb olacaq: "O cümlədən, bu oyunları izləmək üçün Azərbaycana on minlərlə turist gələcək. Təbii ki, bütün bunlar Azərbaycanın iqtisadiyyatına müsbət mənada mühüm təsirini göstərəcək. Avropada, Amerikada, Asiyada, eləcə də dünyanın digər ərazilərində çox sayda insan Azərbaycan haqqında, onun turizm potensialı barədə geniş məlumat əldə edəcək ki, bu da turistləri cəlb etmək üçün maqnit effekti yaradacaq və ölkədə turizmin genişlənməsinə mühüm töhfə verəcək". Baster onu da vurğulayıb ki, İlk Avropa Oyunlarının Bakıda keçirilməsi eyni zamanda ölkənin beynəlxalq imicinin daha da yüksəlməsinə şərait yaradacaq.
Belçika Krallığının xarici ticarət məsələləri üzrə dövlət katibi Piter de Krem isə bu Oyunlardan sonra Azərbaycanın dünyada istənilən miqyasda tədbir keçirməyə qadir ölkə kimi tanınacağına diqqət çəkib. Son iki il yarım ərzində Azərbaycanın inanılmaz bir işin öhdəsindən gələrək Oyunların keçirilməsinin yüksək səviyyədə təşkilinə nail olduğunu deyən Krallıq rəsmisi İlk Avropa Oyunları kimi bir tədbirin keçirilməsinin Azərbaycana yalnız müsbət təsir göstərəcəyindən əminliyini bildirib":Əvvəla, bu çox yaxşı bir idman çağırışıdır. İkincisi isə, bu tədbir Azrbaycana xeyli turist cəlb edəcək, ölkənin populyarlığını daha da artıracaq".
"Azərbaycan 2012-ci ildə "Eurovision" mahnı müsabiqəsini yüksək səviyyədə keçirib və bu yay Bakıda keçiriləcək İlk Avropa Oyunları da böyük uğur qazanacaq". Bu sözlər isə macar ekspert Levente Kozmaya aiddir. Onun fikrincə, İlk Avropa Oyunları Azərbaycan üçün özəlliklə iqtisadi cəhətdən xüsusi önəm daşıyır":Bakıda keçiriləcək İlk Avropa Oyunları böyük tamaşaçı kütləsi toplayacaq və Azərbaycanın turizm mərkəzi kimi potensialını üzə çıxaracaq".
Azərbaycanın zəngin mədəniyyəti və tarixi olduğunu deyən Yuqoslaviya şahzadəsi Yelizaveta Karageorgiyeviç isə qeyd edib ki, ölkənin turizm potensialı hələlik kifayət qədər imkanlar əldə etməyib və bu Oyunlar qeyd olunan prizmadan Azərbaycan üçün əla fürsət yaradacaq.
"Avropa Oyunları Azərbaycanın idmanın kütləviliyini dəstəkləyən, eləcə də ölkələri və insanları yaxınlaşdırmağa çalışan dövlət kimi populyarlaşması üçün gözəl vasitədir". Bu sözlər isə bu günlərdə Bakıda səfərdə olan Rusiya Federasiyası Tomsk Ticarət-Sənaye Palatasının Sahibkarlığın inkişafı şöbəsinin müdiri Dmitri Nemitkova aiddir. Onun sözlərinə görə, İlk Avropa Oyunları Azərbaycanın dünyada daha da populyarlaşmasına gətirib çıxaracaq":Belə tədbirin keçirilməsi ölkə üçün nüfuz deməkdir, bu onun statusunu göstərir və eyni zamanda böyük turist axını deməkdir".
"İlk Avropa Oyunları Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasına güclü bir təkan olacaq". Bu sözlər isə "Bütün Avropa Akademiyaları" təşkilatının professoru Жuri Engelbrextə aiddir. Onun sözlərinə görə, bu Oyunlar Azərbaycanı dünyanın bir çox ölkələri ilə daha da yaxınlaşdıracaq və ölkənin nüfuzunu qaldıracaq. "Bu cür tədbirlər çox alqışlanır, çünki bu, insanları bir araya gətirən tədbirdir"- deyən Engelbrext vurğulayıb ki, Azərbaycan bu Oyunlara ev sahibliyi etməklə həm də dünyada sülhün və sabitliyin bərqərar olmasına öz töhfəsini vermiş olacaq.
Siyahını uzatmaq da olar, çünki Azərbaycan təkcə Oyunlara hazırlıq dönəmində öhdəsindən gəldiyi masştablı işlərlə artıq nəzərləri üzərinə çəkə bilib. O üzdən hər gün dünya mətbuatında "Bakı-2015" yarışması ilə bağlı ən müxtəlif şərhlərə rast gəlinir. Bütün bunlar isə Avropa Oyunlarının hələ keçirilmədən Azərbaycanın dünyada tanınmasına, onun turizm potensialının üzə çıxarılmasına və beynəlxalq miqyasda nüfuzunun artmasına öz töhfəsini verməyə başladığına əsaslı sübutdur. Nəzərə alınsa ki, ölkə rəhbərliyinin qeyri-neft sektorunun inkişaf etdirilməsində əsas hədəflərindən biri ölkədə turizmin çiçəklənməsinə nail olmaqdır, İlk Avropa Oyunlarının bu kontekstdə ölkəyə qazandırdığı dividendi əlavə şərh etməyə ehtiyac qalmır. Eyni zamanda bəzi idman yarışlarının bölgələrdə keçirilməsi, məsələn, baydarka və kanoe yarışlarının Mingəçevirdə keçirilməsi regionlarımızın təbliği baxımından əla fürsət yaradır.
Azərbaycanın özəllikləri çempionların mətbuat açıqlamalarında...
İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin daha bir əhəmiyyətli cəhəti Oyunlar ərəfəsində ölkənin digər potensiallarının üzə çıxarılmasına nail olunmasıdır. Bəllidir ki, yaxın illərə kimi Azərbaycan Avropada yalnız neft-qaz ixracatçısı kimi tanınırdı. 2012-ci ildə "Eurovision" beynəlxalq musiqi yarışmasına ev sahibliyi etməklə ölkəmiz özünü dünyaya başqa yöndən təqdim etməyi bacardı və bir sıra təsəvvürlərin dəyişməsinə səbəb oldu. O üzdən demək olar ki, İlk Avropa Oyunları da ölkəmiz haqqında daha geniş təsəvvürlərin formalaşmasına öz töhfəsini verəcək. Məlumdur ki, bu Oyunlarda iştirak etmək üçün Bakıya dünyanın 50 ölkəsindən 6000 idmançı gələcək. Nəzərə alınsa ki, onlarla eyni zamanda məşqçiləri, yaxınları və müxtəlif ölkələrdən fanatları da bura üz tutacaq, bu halda ölkəmizin, görməli yerlərindən, turizm potensialından tutmuş milli mətbəxinə qədər böyük marağa səbəb olacağını əminliklə söyləmək olar. Elə bu nüansları nəzərə alan İlk Avropa Oyunlarının Təşkilat Komitəsi Oyunlar ərəfəsində Azərbaycan mətbəxinin də təbliği ilə bağlı qərar qəbul edib ki, zəngin mətbəx ənənələri olan Azərbaycanın bu cəhətilə də diqqət çəkəcəyi şəksizdir. Lakin hələ bu da son deyil. Yarışlar sonrası 6000 idmançı vətəninə qayıdaraq televiziyalara, KİV-ə dəvət alacaq, onlara yarışlarla yanaşı, ölkəmiz, şəhərlərimiz, milli mətbəximiz və digər özəlliklərimiz haqqında ən müxtəlif suallar ünvanlanacaq və təəssüratlarını böyük bir oxucu-tamaşaçı auditoriyası eşidəcək, oxuyacaq. Bunun üzərinə onların ailə üzvlərini, qohum və tanışlarını, yaxın və uzaq çevrələrini gələndə nə qədər geniş bir arealı əhatə etdiyini, bu təəssüratların Azərbaycan haqqında hansı masştabda fikir formalaşmasına xidmət edəcəyini təsəvvür etmək çətin deyil. Bütün bunların isə ölkəmizin tanınması, üstünlüklərinin gözlər önünə sərilməsi baxımından önəmi böyükdür.
Bu idman oyunları Azərbaycanın qarşısında haqq səsinin dünyaya çatdırılması baxımından da geniş fürsətlər açır. Belə ki, bu günə kimi Dağlıq Qarabağ mövzusunda yanlış informasiyalarla yüklənmiş, Azərbaycanın haqlı tələblərinə qərəzli, ən yaxşı halda etinasız yanaşanlar ölkənin nüfuzunun artması, dünya siyasi arenasına daha bir cəhəti ilə təqdim olunması ilə problemi nə qədər yanlış anladığının fərqinə varacaq, haqq işimizə daha obyektiv qiymət verməyə çalışacaq ki, bu da Avropa Oyunlarının ölkəmizə vəd etdiyi əsaslı perspektivlərdən biridir.
Olimpiya Oyunlarının Azərbaycana qazandırdığı üstünlüklərdən danışarkən görünüşü ilə Bakının gözəlliyinə əlavə çalarlar qatan yeni stadion və komplekslərin inşasini heç bir halda gözardı etmək olmaz. Ən müasir standartlara cavab verən bu tikililərin inşası şəhərimizin daha da abadlaşmasına və gözəlləşməsinə səbəb olmaqla, həm də yeni iş yerlərinin açılmasına, beləliklə də əhalinin məşğulluğunun artırılmasına öz töhfəsini vermiş oldu. Üstəlik, tikinti zamanı istifadə olunan işçi qüvvəsi nəzərə alınarsa, 2 il ərzində nə qədər insanın işlə təmin olunduğu bəlli olar ki, bu da bu idman yarışmasının ölkəmizdə keçirilməsinin daha bir əhəmiyyətli nüansını ortaya çıxarır.
...Zaman keçəcək, Avropa Oyunlarının məkanı dəyişəcək, yeni texnologiyalar, yeni terminlər yaranacaq, bu Oyunlar yeni-yeni ölkələrdə təqdim olunacaq. Dəyişməyən bir şey olacaq - Azərbaycanın birinciliyi! O birincilik ki, erməniləri ilk addımdan məyus etdi! O birincilik ki, ölkəmizin dünya dövlətləri sırasında layiqli yer tutmasına, milli-mənəvi sərvətlərinin dünyada təbliğinə yol açdı. Şübhə yoxdur ki, Azərbaycan bu yarışmanı da layiqincə başa vuracaq.
Birincilik hər zaman sənin olsun, Azərbaycan!
Samirə SƏFƏROVA
Milli Olimpiya Komitəsinin və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.
DİGƏR XƏBƏRLƏR
Tarix: 07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub
Tarix: 07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib
Tarix: 30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər
Tarix: 29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi
Tarix: 28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ
Tarix: 28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu -
aktivləri donduruldu
Tarix: 28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” -
85 nəfər saxlandı
Tarix: 27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" -
Ozodbek Nazarbekov
Tarix: 27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi
Tarix: 27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub -
işin içində azərbaycanlılar da var…
Tarix: 26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi
Tarix: 24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə -
gənclər Vuçiçi devirməyə qərarlıdır
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...
Tarix: 05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...
Tarix: 05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..
SON XƏBƏRLƏR
07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb
- VİDEO
07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb
07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı
07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir
07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...
07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar -
Zəfərin kökündə müzakirə edilən məqamlar...
07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər
07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi
- 20 milyon dollar...
07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər
- FOTO
07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm"
- Lukaşenko 1917-ci il hadisələrinə qarşı…
07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?
07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq
- müharibə Avropaya da yayılacaq...
07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...
07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir?
- DOSYE
07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı
- FOTO
07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub
- FOTO
07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu
...
07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi
- SƏRƏNCAM
07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir"
- Vüqar Rəhimzadə
07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...
07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib
- FOTO
07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu
- FOTO
07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub
- FOTO
07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib
- FOTO
07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir
- FOTO
07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib
- FOTO
07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi”
- Əhliman Əmiraslanov yazır...
07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu
- FOTO
07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır
- NATO-nun baş katibi
07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.
07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...
07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub
07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...
07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib
- FOTO
07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub
07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib
07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar
06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib
06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...
06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" -
iddia və həqiqət...
06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...
06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...
06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...
06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"
06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı...
İlkə imzanı kim atdı?...
06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...
06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...
06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi
- Azərbaycanın postmüharibə taktikası...
06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir
06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb
06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı
- bəs gənclik, xalq-Prezident birliyi?...
06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq
- Əhliman Əmiraslanov yazır...
06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...
06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir
- Bakı-Ankara-Astana müstəvisində yeni proses...
06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...
06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"
06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər"
- Prezident İlham Əliyev
06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...
06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər
- VİDEO
06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi
06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...
06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...
06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı
MÜHÜM AÇIQLAMA...
06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
- FOTO/YENİLƏNDİ
06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu
- FOTO/YENİLƏNDİ
06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq -
səbəb yenə Trampdan gəlir...
06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur”
- Peskov
06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı
06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...
06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi
- ruhdan düşmə, irəli get...
06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu
- FOTO/YENİLƏNDİ
06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi
06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər
- FOTO/YENİLƏNDİ
06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir
06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...
06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...
06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı...
- VİDEO
Tarix: 03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...
Tarix: 28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi -
Yunanıstan dəstəkləndi...
XƏBƏR ARXİVİ