Almaniyada Azərbaycan diasporunun iki üzvü yerli dövlət orqanlarında yüksək vəzifəyə təyin olunub. APA-nın Almaniyaya ezam olunmuş əməkdaşının məlumatına görə, diasporun fəal üzvlərindən Könül İbrahimova Vinzen şəhərinin Emiqrasiya və İnteqrasiya İdarəsinin rəisi, Müşfiq Sultanov isə Oyskirxen şəhərinin Emiqrasiya və İnteqrasiya İdarəsi rəisinin birinci müavini vəzifələrinə təyinat alıblar.