şənbə günü, 07 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Çanaqqala Zəfəri - 100
Tarix: 04.05.2015 / 03:52
Bölmə: Gündəm
Zəfərin mübarək, Türkiyəm, sənə zəfərlər yaraşır!
Bütün Türk dünyasının səbrsizliklə gözlədiyi 2015-ci ilin aprel ayı artıq tarixə qovuşdu. Ancaq bu ayda yaşadığımız sevinc və qürur hissləri, yəqin ki, hələ uzun müddət bizləri tərk etməyəcək. Türkün tarixinə yazılan Çanaqqala Zəfərinin böyük coşqu ilə keçən 100 illik yubileyini unutmaqmı olar? Axı bu günün sevincini məhz əfsanəvi Zəfərin əldə olunduğu torpaqlarda yaşamaq hər kəsə nəsib olan bir hadisə deyildi...
Ötən ilin sonlarında Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Cumhuriyyətinə səfəri zamanı Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla birgə çox gözəl bir təkliflə çıxış etdilər - Çanaqqala Zəfərinin 100-cü ildönümünü 2015-ci ilin 24 aprelində qeyd etmək. İki ölkə başçısı arasında əldə olunan bu razılaşma isə olduqca mühüm bir məqsədi hədəfləyirdi - Ermənistanın illərdən bəri hazırlaşdığı, tımsah göz yaşları ilə dünyaya sırımağa çalışdığı saxta "genosid"in 100 illiyi ilə bağlı planlarını suya düşürmək, dünya dövlətləri liderlərini seçim qarşısında qoymaqla Türk dünyasının dostunun və düşməninin kim olduğunu bir daha gözlər önünə sərmək. Nəticələr sübut etdi ki, bu doğru seçim idi. Çanaqqalada baş tutan möhtəşəm tədbir, dünya dövlətlərindən bu tədbirə qatılan rəsmilərin say tərkibi göstərdi ki, dövlətlərarası münasibətlərdə zaman-zaman ikili standartlar ortaya çıxsa da, sonda çoxluq yenə haqqın yanında bərqərar olur.
Çanaqqala Zəfərinin 100 illiyinin keçiriləcəyi tarix bəlli olduğu gündən Azərbaycanda bəlkə də hər beş nəfərdən biri bu törənin canlı şahidi olmaq, böyük qanlar və qurbanlar bahasına qazanılmış bu Zəfərin əldə olunduğu o torpaqlara ayaq basmaq, səmasında minlərlə şəhid ruhu dolaşan yerlərin havasını udmaq arzusunda idi. Türk İşbirligi və Koordinasion Ajansının (TİKA) dəstəyi, Türkiyə Cumhuriyyətinin Azərbaycandakı Böyükelçiliyinin təşkilatçılığı ilə təmsil olunduğum jurnalistlərdən ibarət kiçik bir qrup bu şansı əldə edənlər sırasında idi. Qrupumuz ən müxtəlif media orqanlarından olan jurnalistlərdən- Yevlax şəhərində çıxan "Kür" qəzetinin baş redaktoru Əminə Yusifqızı, Milli Məclis dərgisinin baş redaktoru Ülviyyə Abdullayeva, Жurnalist Qadınlar Assosiasiyasınin rəhbəri Sevil Yusifova, politoloq Elxan Şahinoğlu, araşdırmaçı-jurnalist Rəsmiyyə Qarayeva, axar.az saytının müxbiri Fərqanə Allahverdiqızı, İTV-nin xəbərlər departamentindən Sərvər Bayramov, kameraman Famil Acalov, Azad Azərbaycan Televiziyasından Əsmər Nəcməddinqızı və kameraman Ataş Vəliyevdən ibarət idi. Ayın 23-ü İstanbulda təyyarədən düşdüyümüzdə Azərbaycandan olan bir sıra millət vəkillərinin, media mənsubları və QHT nümayəndələrinin də təntənələrə qatılmaq üçün buraya gəldiyini gördük. Həm sevincli, həm də həyəcanlı idik. Zarafat deyildi - tarixi bir günə şahidlik edəcəkdik. Bəlkə də o gecə otel odalarında uyuyan hər kəs yuxusunda 100 il öncə necə canlar aparmış o dəhşətli döyüşün fraqmentlərini gördü. Elə o ovqatla da səhər saat 06:00 radələrində Çanaqqalaya doğru yola çıxdıq. Erkən olmasına baxmayaraq, heç kəsin gözündə yuxu yox idi. TİKA nümayəndələrinin rəhbərliyi ilə bizə ayrılmış mikroavtobusla 300 kilometrlik yol qət edib iskələyə (kiçik liman) yetişdik. Buradan feribotla (bərə) dənizi keçib qarşı sahilə yan alacaqdıq. Hava elə gözəl, dəniz elə mavi idi ki... Bu mavilikdə hər kəsin gözləri bir nöqtəyə dikilmişdi - xəyal bizi 100 il öncəyə aparmışdı. Təsəvvürümüzdə bu yerlərdə gedən döyüşləri canlandırmağa çalışırdıq. Bu əsnada sularda üzən "Aqamemnon", "İnfexible" gəmilərini görməyimiz əsl sürpriz oldu və özümüzü bir anlıq həqiqi döyüş bölgəsində hiss etdik. Sanki bu an bu gəmilər üzərindəki toplardan atəş açaraq düşmənin canına vəlvələ salacaqdı. Sən demə, bu gəmilər simvolik xarakter daşıyırmış və tədbirlərə əlavə çalar qatmaq üçün düşünülübmüş...
Buradakı insan selini isə sözlə təsvir eləmək mümkün deyil. Təkcə Malayziyadan törənlərə qatılmaq üçün 11 min ziyarətçi gəlmişdi ki, onların şəhid babalarının ruhuna dua oxumaqdan ötrü səhər erkəndən "şəfəq ayini" deyilən xüsusi ritual icra edəcəkləri bildirilirdi. Yerli sakinlərin sözlərinə görə, bu ayinin icrası üçün hər il çoxlu sayda anzak bu yerlərə üz tutur və bütün gecəni təbiətin qoynunda keçirir.
Qonaqlarla ünsiyyət zamanı onu da öyrəndik ki, o zaman Türk ordusuna qarşı vuruşaraq şəhid olanların da nəvə-nəticələri hər il Çanaqqala savaşının ildönümündə buraya gələrək babalarının xatirəsini anır. Yəni Türkiyə dövləti heç bir fərq qoymadan bütün Çanaqqala şəhidlərinin xatirəsinə sayğı nümayiş etdirir ki, bunun özü Türkün böyüklüyündən, dəyərlərə sayğılı davranışından xəbər verir. Bu yerdə böyük Atatürkün sözlərini xatırladım":Onlar bizim düşmənlərimiz idi, lakin şəhid oldularsa, artıq əmanətimizdirlər". Nə böyük insanlıq, nə bənzərsiz genişqəlblilik?! Bunu ancaq Türk Kişisi söyləyə bilərdi!
Tədbir sonrası təşkilatçıların dəvətilə nahar etmək üçün bir sahilyanı lokantaya gəldik. Eceabat ilçəsindəki bu məkan düz ləpədöyəndə yerləşir. Nahar edib, sahilboyu gəzişərək təəssüratlarımızı bölüşürdük ki, ətrafda canlanma hiss etdik. Yol kənarinda polisin, ləpədöyəndə bir neçə qayığın peyda olması sanki rəsmi törən iştirakçılarının buraya yaxınlaşmasından xəbər verirdi. Elə əsl sürprizi də bu anda yaşadıq. Uzaqdan maşın karvanının gəldiyini görüb, mərasimə gələn qonaqlar olduğunu düşündük və Azərbaycan və Türkiyə bayraqlarını dalğalandıraraq onları salamlamaq, "Azərbaycan - Türkiyə" sədaları ilə uğurlamaq istədik. Maşın karvanı bizə çathaçatda yavaşıdı. İlk avtobus dayandığında qarşımızda Cumhurbaşqanı Ərdoğanı gördük. Bir anlıq donumuzu isə elə onun bizə söylədiyi səmimiyyət dolu sözlər açdı":İlham kardeşimi (Prezident İlham Əliyevi) şimdi uğurladım, siz burda nə yapıyorsuz?" Bu sözlər o qədər doğma səsləndi ki, sanki həqiqi qardaşını yola salan birisi onun uşaqlarına "siz niyə atanızın yanında deyilsiz" deyirdi. Əslində elə bizim də gözümüz Prezidentimizi axtardı, axı Tayyib bəyin olduğu avtobusda Zəfər bayramına təşrif buyurmuş bir çox ölkələrin dövlət başçıları və rəsmilər əyləşmişdi... Cumhurbaşqanı onu da bildirdi ki, Prezidentimizin ertəsi gün önəmli görüşü olduğu üçün mərasim bitən kimi qonaqların şərəfinə verilən nahara qalmadan Bakıya dönüb. Bu anlarda yaşadığımız coşqunu sözlə ifadə eləmək çətindir. Sayın Ərdoğanın səmimiyyəti, maşından düşərək bizimlə atüstü söhbətə zaman ayırması, bizlərlə şəkil çəkdirməsi o qədər xoş idi ki, zamanı da, məkanı da unutmuşduq. Demə, qismətimizdə Zəfər bayramına qatılmaqla yanaşı, Türkiyə Prezidentı ilə yaxından ünsiyyətdə olmaq, bu görüşü fotolarda əbədiləşdirmək də varmış...
Az sonra Prezident karvanı yoluna davam etdi. Ardınca biz də yolu əlimizə alıb Eceabatı tərk etdik. Lakin yəqin ki, bu yerlərdə yaşadığımız xoş duyğular bizi heç zaman tərk etməyəcək. Axı elə bu gün iştirakçısı olduğumuz bir törənlə Türk dünyası öz qüdrətini bir daha dünyaya nümayiş elətdirmiş, ermənilərin çoxdan bəri xəyalını qurduğu utopik arzuların üzərindən qətiyyətlə xətt çəkmişdi. Tam bir əsr əvvəl bu torpaqlarda canını fəda edərək Vətən yolunda şəhid olanlar öz ölümlərilə dünyaya meydan oxumuş, Türkün torpağına göz dikənin gözü oyular - Türkün canını almaq olar, torpağını əsla - mesajını vermişdilər. 2015-ci ilin 24 aprelində isə elə bu torpaqlarda Türkiyə Cumhurbaşkanı Rəcəb Tayyib Ərdoğan dünyaya sülh və barış mesajı verdi. Və biz bu tarixi olayların canlı şahidləri olduq...
Bu gün Türk dünyasında yeni bir tarix yazıldı. Bu tarixi günü yaşadığımız üçün TİKA-ya və TC Bakı Böyükelçiliyinə sonsuz təşəkkürlər!
DİGƏR XƏBƏRLƏR
Tarix: 07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub
Tarix: 07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib
Tarix: 30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər
Tarix: 29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi
Tarix: 28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ
Tarix: 28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu -
aktivləri donduruldu
Tarix: 28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” -
85 nəfər saxlandı
Tarix: 27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" -
Ozodbek Nazarbekov
Tarix: 27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi
Tarix: 27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub -
işin içində azərbaycanlılar da var…
Tarix: 26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi
Tarix: 24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə -
gənclər Vuçiçi devirməyə qərarlıdır
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...
Tarix: 05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...
Tarix: 05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..
SON XƏBƏRLƏR
07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb
- VİDEO
07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb
07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı
07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir
07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...
07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar -
Zəfərin kökündə müzakirə edilən məqamlar...
07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər
07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi
- 20 milyon dollar...
07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər
- FOTO
07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm"
- Lukaşenko 1917-ci il hadisələrinə qarşı…
07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?
07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq
- müharibə Avropaya da yayılacaq...
07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...
07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir?
- DOSYE
07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı
- FOTO
07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub
- FOTO
07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu
...
07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi
- SƏRƏNCAM
07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir"
- Vüqar Rəhimzadə
07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...
07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib
- FOTO
07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu
- FOTO
07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub
- FOTO
07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib
- FOTO
07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir
- FOTO
07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib
- FOTO
07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi”
- Əhliman Əmiraslanov yazır...
07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu
- FOTO
07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır
- NATO-nun baş katibi
07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.
07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...
07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub
07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...
07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib
- FOTO
07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub
07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib
07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar
06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib
06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...
06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" -
iddia və həqiqət...
06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...
06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...
06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...
06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"
06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı...
İlkə imzanı kim atdı?...
06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...
06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...
06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi
- Azərbaycanın postmüharibə taktikası...
06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir
06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb
06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı
- bəs gənclik, xalq-Prezident birliyi?...
06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq
- Əhliman Əmiraslanov yazır...
06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...
06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir
- Bakı-Ankara-Astana müstəvisində yeni proses...
06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...
06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"
06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər"
- Prezident İlham Əliyev
06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...
06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər
- VİDEO
06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi
06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...
06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...
06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı
MÜHÜM AÇIQLAMA...
06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
- FOTO/YENİLƏNDİ
06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu
- FOTO/YENİLƏNDİ
06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq -
səbəb yenə Trampdan gəlir...
06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur”
- Peskov
06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı
06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...
06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi
- ruhdan düşmə, irəli get...
06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu
- FOTO/YENİLƏNDİ
06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi
06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər
- FOTO/YENİLƏNDİ
06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir
06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...
06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...
06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı...
- VİDEO
Tarix: 03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...
Tarix: 28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi -
Yunanıstan dəstəkləndi...
XƏBƏR ARXİVİ