"İlk Avropa Oyunları Azərbaycanın dünyada geniş təbliği üçün unikal bir imkandır”. Bu barədə Trend-ə Bolqarıstanın sabiq prezidenti Petar Stoyanov deyib. O bildirib ki, bu Oyunlar Azərbaycanın inkişafı, beynəlxalq aləmdə nüfuzunun daha da artması üçün mühüm əhəmiyyət kəsb edir:
"Bolqarıstan da daxil olmaqla dünyanın bir çox ölkəsindən on minlərlə insan Azərbaycana gələcək. Bundan əlavə, 100 milyonlarla insan televiziya vasitəsilə yarışları izləyəcək və Azərbaycanın gözəlliklərinin şahidi olacaq. Təbii ki, bütün bunlar Azərbaycana marağı xeyli artıracaq, çoxlu sayda turistlər Azərbaycana gəlmək istəyəcək ki, bu da ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verəcək”.