Bazar günü günü, 08 noyabr 2026
     

Beynəlxalq rəsmi dairələrdən Avropa Oyunlarına maraqlı şərhlər başlayıb

Image


Belçika, Macarıstan, Yuqoslaviya, İsveçrə...

«İlk Avropa Oyunları turistləri Azərbaycana cəlb etmək üçün maqnit effekti verəcək»
Son iki il yarım ərzində I Birinci Avropa Oyunları üçün lazımi infrastruktur yaratmaqla Bakı qeyri-mümkün bir şeyə nail olub. Bunu «Trend»ə açıqlamasında Bakıdakı Azərbaycan-Belçika biznes forumuna qatılan Belçika Krallığının xarici ticarət məsələləri üzrə dövlət katibi Piter de Krem bildirib. Onun sözlərinə görə, I Avropa Oyunları kimi tədbirin keçirilməsi Azərbaycana müsbət təsir göstərəcək.
«Əvvəla, bu çox yaxşı bir idman çağırışıdır. İkincisi isə, bu tədbir Azərbaycana xeyli turist cəlb edəcək, ölkənizin Avropada populyarlığını daha da artıracaq», - deyə dövlət katibi bildirib.
Piter de Krem vurğulayıb ki, belə bir miqyasda olan tədbirin təşkilatçılığı böyük məsuliyyət tələb edir: «Bu çox ağır və məsuliyyətli vəzifədir. Lakin uğurlu olacağı halda - inanıram ki, belə də olacaq - Azərbaycanı istənilən miqyasda bir tədbir keçirməyə qadir ölkə kimi tanıyacaqlar. Mən Azərbaycan üçün bu cür tədbirlərin ancaq faydasını görürəm».
O, «Bakı-2015» I Avropa Oyunlarına Belçikada böyük marağın olduğunu əlavə edib.
«Mayın sonunda və ya iyunun əvvəlində bu tədbirlərin təşkilatçılıq işləri ilə tanış olmaq üçün Bakıya 120 nəfərdən ibarət nümayəndə heyəti gələcək. Biz Azərbaycanın bu sahədəki təcrübəsindən yararlanmaq istəyirik. İdmançılarımızın bu yarışlarda fəal iştirak edəcəyini və Belçikaya medallarla qayıdacağını gözləyirəm», - deyə belçikalı dövlət rəsmisi söyləyib.
Azərbaycan 2012-ci ildə «Eurovision» mahnı müsabiqəsini yüksək səviyyədə keçirib və bu yay Bakıda keçiriləcək Birinci Avropa Oyunları da böyük uğur qazanacaq. Bunu isə agentliyi açıqlamasında macar ekspert Levente Kozma bildirib.
Onun fikrincə, Birinci Avropa Oyunları iqtisadi baxımdan Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır.
L.Kozma Azərbaycan və Macarıstan arasındakı əməkdaşlığın yüksək səviyyədə olmasını da qeyd edib.
O bildirib ki, 2002-ci ildə Peter Medgyessinin baş nazir olduğu zaman Macarıstan bir sıra ölkələrlə, o cümlədən Azərbaycanla münasibətləri inkişaf etdirmək üçün Asiya siyasətinə başlayıb: «Və bu münasibətlərin inkişafı sonrakı hökumətlərin dövründə də davam edib».
Ekspertin sözlərinə görə, Macarıstan energetika sektorunda əməkdaşlığa üstünlük verir, belə ki, bu ölkə Rusiyadan idxal olunan enerji daşıyıcılarından asılı vəziyyətdədir.
«Biz təchizat mənbələrini diversifikasiya etmək və energetika sahəsində Azərbaycanla daha sıx əməkdaşlıq etmək istəyirik», - deyə ekspert bildirib.
O qeyd edib ki, ölkələr arasında mədəniyyət və idman sahəsində əməkdaşlıq var: «Macar xalqı Azərbaycan dövləti və xalqı ilə daha yaxın olmaq istəyir».
Dövlət Gömrük Komitəsinin məlumatına görə, iki ölkə arasındakı ticarət dövriyyəsi 2015-ci ilin ilk rübündə 2,881 milyon dollar olub ki, bu, ötən ilin analoji dövründəki göstəricidən 1,8 dəfə azdır.
«Bakıda keçiriləcək Birinci Avropa Oyunları böyük tamaşaçı kütləsi toplayacaq və Azərbaycanın turizm mərkəzi kimi potensialını üzə çıxaracaq» - deyən Yuqoslaviya şahzadəsi Yelizaveta Karaqeorqiyeviçin sözlərinə görə, Azərbaycanın turizm sahələri hələ sona qədər üzə çıxarılmayıb.
«Azərbaycan inanılmaz dərəcədə gözəl ölkədir. Burada çox gözəl insanlar yaşayır. Azərbaycan mətbəxi isə dadına baxdıqlarım arasında ən yaxşısıdır. Azərbaycanın turizmi hələ geniş imkanlar əldə etməyib. Bir çoxları məzuniyyət üçün Avropaya getməyə üstünlük verir, lakin onlar Azərbaycana da baş çəkməlidirlər. Burada maraqlı şeylər çoxdur, ölkənin zəngin mədəniyyəti, tarixi var», - deyə Yuqoslaviya şahzadəsi qeyd edib.
«Azərbaycanda keçiriləcək İlk Avropa Oyunları ölkə iqtisadiyyatına həm yaxın, həm də uzaq perspektivdə böyük faydalar gətirəcək». Bu barədə isə isveçrəli ekspert Andrej Baster danışıb. A.Baster bildirib ki, məlum olduğu kimi, bu Oyunlar televiziya vasitəsilə dünyanın bir çox ölkələrində yayımlanacaq və 100 milyonlarla insan bu Oyunlara tamaşa edəcək: «O cümlədən, bu Oyunları izləmək üçün Azərbaycana on minlərlə turist gələcək. Təbii ki, bunlar Azərbaycan iqtisadiyyatına müsbət mənada mühüm təsir göstərəcək. Avropada, Amerikada, Asiyada, eləcə də dünyanın digər ərazilərində çox sayda insan Azərbaycan haqqında, onun turizm potensialı barədə geniş məlumat əldə edəcək ki, bu da turistləri cəlb etmək üçün bir maqnit effekti verəcək və ölkədə turizmin genişlənməsinə mühüm töhfə verəcək».
A.Baster vurğulayıb ki, İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi eyni zamanda ölkənin beynəlxalq imicinin də yüksəlməsinə səbəb olacaq:
«Azərbaycan onsuz da beynəlxalq aləmdə böyük nüfuza malikdir. Ancaq hesab edirəm ki, bu Oyunlar Azərbaycanın həm regionda, həm də dünyada daha möhkəm mövqe tutmasına şərait yaradacaq».
A.Baster İlk Avropa Oyunlarının dünyada və regionda idmanın inkişafına da mühüm təsir edəcəyini bildirib: «Adətən bu cür böyük beynəlxalq yarışlar Avropa, Amerika və Asiya regionunda keçirilirdi, lakin bu dəfə Azərbaycan belə bir möhtəşəm yarışmaya ev sahibliyi edir ki, bu da regionda idmanın inkişafına mühüm təsir göstərəcək».
 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ