Bazar günü günü, 08 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Dünyanın yeni düzəni Bakıda müzakirə olunur
Tarix: 29.04.2015 / 04:45
Bölmə: Gündəm
Prezident İlham Əliyev Bakıda III Qlobal Açıq Cəmiyyətlər Forumunda
Həqiqətən də Dağlıq Qarabağ problemi indiyədək həll olunsaydı, digər münaqişələri görməzdik
Aprelin 28-də Bakıda III Qlobal Açıq Cəmiyyətlər Forumu işə başlayıb. "Trend"in məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun rəsmi açılış mərasimində iştirak edib. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Forum "Yeni dünya düzənində etimadın yaradılması" mövzusuna həsr olunub. Forumu Misirin "İsgəndəriyyə" Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin açıb. Dövlət başçısı mərasimdə nitq söyləyib.
"BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış tarixi ərazilərinin Ermənistan tərəfindən işğalı uzun illərdir davam edir". Bunu Prezident İlham Əliyev aprelin 28-də Bakıda III Qlobal Açıq Cəmiyyətlər Forumunın açılış mərasimində çıxışı zamanı deyib.
Prezident qeyd edib ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisi və ayrılmaz hissəsidir: "Dünyada heç bir ölkə Dağlıq Qarabağın müstəqilliyini tanımır. Biz işğaldan əziyyət çəkirik, ərazilərimizin 20 faizi Ermənistanın işğalı altındadır və bir milyondan çox azərbaycanlı öz doğma yurdunda qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Biz etnik təmizləmədən, artıq dünyanın 10-dan artıq ölkəsi tərəfindən tanınan və tanınma prosesi davam edən Xocalı soyqırımından əziyyət çəkirik. Ərazi bütövlüyü beynəlxalq qanunun fundamental prinsipidir. Bu, BMT-nin Nizamnaməsində də təsbit olunub, bu, beynəlxalq qanunun ən vacib elementlərindən biridir və Helsinki Yekun Aktında müəyyən edildiyi kimi, çox aydın şəkildə göstərilir ki, öz müqəddəratını təyinetmə hüququ ölkələrin ərazi bütövlüyünü pozmamalıdır və heç bir ölkənin ərazi bütövlüyü həmin ölkənin hökumətinin və xalqının razılığı olmadan dəyişə bilməz".
Dövlət başçısı çıxışında bildirib ki, Azərbaycanın da ərazi bütövlüyü digər ölkələrin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir.
İlham Əliyev təəssüflə qeyd edib ki, dünyada separatizm, aqressiv sepatarizm siyasəti davam edir və ərazi bütövlüyünün pozulması münaqişələrə səbəb olur: "Əgər Dağlıq Qarabağ münaqişəsi indiyə qədər həll olunsaydı, biz bu gün digər münaqişələri görməzdik".
Prezidentin sözlərinə görə, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq qanun normaları və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməsinin tərəfdarıdır: "Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama hərəkatı kimi digər mühüm beynəlxalq təşkilatlar eyni qətnamələr qəbul edib ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq qanun psinsipləri və Azərbaycanın ərazi bütövlüyü əsasında öz həllini tapmalıdır".
"Təəssüflər olsun ki, heç də bütün ölkələr beynəlxalq qanunlara hörmət etmir"
"Azərbaycan dünyanın aparıcı beynəlxalq təşkilatı olan BMT Təhlükəsizlik Şurasına seçilən zaman aydın şəkildə bəyan etdik ki, ədaləti və beynəlxaq qanunu müdafiə edəcəyik. Təəssüflər olsun ki, heç də bütün ölkələr beynəlxalq qanunlara hörmət etmir. Təəssüflər, ancaq bu reallıqdır". Bakıda III Qlobal Açıq Cəmiyyətlər Forumunın açılış mərasimində çıxışı zamanı İlham Əliyev daha sonra deyib: "Bəzən elə görünür ki, beynəlxalq qanunlar yalnız müxtəlif vasitələrlə öz məqsədlərinə nail olmaqda kifayət qədər güclü olmayan ölkələr üçün məcburidir. Biz aydın şəkildə görürük ki, zaman-zaman dünyanın aparıcı ölkələri kobud şəkildə beynəlxalq qanunların normalarını pozur və bu da beynəlxalq münasibətlər sistemini pozur. Hesab edirəm ki, bu bizim çox açıq və aydın şəkildə həll etməli olduğumuz ən vacib məsələlərdən biridir və beynəlxalq münasibətlər sistemi, beynəlxalq qanunları gücləndirmək üçün biz öz imkanlarımızdan, intellektual potensialımızdan və dünyadakı nüfuzumuzdan istifadə etməyə çalışmalıyıq".
Prezident bildirib ki, beynəlxalq təşkilatların qətnamələrinə hörmət edilməlidir: "Bəzi hallarda beynəlxalq təşkilatların, yəni BMT Təhlükəsizlik Şurasının qətnamələri dərhal yerinə yetirilir, digər hallarda isə bu qətnamələr illərlə və onilliklərlə yerinə yetirilmir. Bu isə beynəlxalq qanunlarla ziddiyyət təşkil edir və ikili standartların bir qaydaya çevrilməsinə səbəb olur. Bir ölkə kimi biz bunun nə qədər acı olduğunu bilirik, çünki biz ikili standartlardan, beynəlxalq qanunların kobud şəkildə pozulmasından əziyyət çəkirik".
"III Qlobal Açıq Cəmiyyətlər Forumu vacib məsələlərin həlli üçün unikal imkandır"
"III Qlobal Açıq Cəmiyyətlər Forumu vacib məsələlərin həlli üçün sabiq prezidentlər, baş nazirlər, siyasətçilər, dövlət xadimlərinə gözəl imkan təqdim edir" deyən İlham Əliyev fikrini bu şəkildə davam edib: "Mən çox şadam ki, hazırda biz Bakıda belə vacib, nəzərəçarpan beynəlxalq tədbir təşkil etmişik".
Prezidentin sözlərinə əsasən, Forum üzləşəcəyimiz məsələləri müzakirə etmək, eləcə də bütün dünyada müşahidə edilən gərginliyi azaltmaq üçün unikal imkan təqdim edir.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan əsrlər boyu sivilizasiyaların görüşdüyü yer olub: "Azərbaycan Avropa və Asiya arasında təbii coğrafi körpüdür. Və əminəm ki, bu hazırda Avropa və müsəlman dünyası arasında mədəni və siyasi körpüdür".
İlham Əliyev deyib: "Cəmiyyətimizdə multikultiralizm ənənələrinin çox dərin kökləri var. Azərbaycanda siyasi strukturun formasından asılı olmayaraq müxtəlif millətlər, etnik qruplar, bütün dinlərin nümayəndələri ölkəmizdə həmişə sülh şəraitində və ləyaqətlə yaşayıblar. Bax, buna görə də Azərbaycan müstəqil dövlət olanda ölkə multikultiralizmin dünya mərkəzlərindən birinə çevrildi".
Prezidentin sözlərinə əsasən, Azərbaycan may ayında Mədəniyyətlərarası Dialoq üzrə III Beynəlxalq Forum keçirəcək: "Hər il Beynəlxalq Humanitar Forum təşkil edirik. Forumda ilk növbədə dünyanın müxtəlif millətləri arasında dinc yaşamaq, etimadın möhkəmləndirilməsi və gərginliyin azaldılması məsələləri müzakirə olunur".
Dövlət başçısı əlavə edib ki, dərin tarix və mədəniyyətə malik olan Azərbaycan 20 ildən artıqdır ki, müstəqil dövlət kimi mövcuddur.
"Azərbaycan Avropa üçün yeganə yeni qaz mənbəyidir"
Azərbaycanın Avropa üçün yeganə yeni qaz mənbəyi olmasına diqqət çəkən dövlət başçısı bildirib ki, Azərbaycan enerji daşıyıcılarının şaxələndirilməsində vacib rol oynayır: "Biz 20 ildir ki, regionda tamamilə yeni enerji xəritəsini yaradan neft strategiyasını reallaşdırırıq.
Hazırda Xəzər dənizindən neft təkcə Azərbaycandan deyil, həm də Xəzərin şərq sahillərindən beynəlxalq bazarlara çatdırılır".
Çıxışında Azərbaycanın yenidən təşəbbüskarı olduğu Avropanın iri infrastruktur layihəsinin reallaşdırılmasını vurğulayan dövlət başçısı əlavə edib ki, Cənub Qaz Dəhlizi bir neçə hissədən ibarətdir: "Bura dünyada ən iri qaz yataqlarından biri olan Azərbaycanın "Şahdəniz" yatağının işlənməsi, Cənubi Qafqaz boru kəməri, Transanadolu qaz kəməri və Transadriatik boru kəmərinin daxil olduğu yeni boru kəmərləri sisteminin tikilməsi aiddir".
İlham Əliyev bildirib ki, Bolqarıstan da Azərbaycanın enerji siyasətinin hissəsidir, Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatı isə daha böyük formata çevrildi: "Göstərilən layihələr texniki cəhətdən mürəkkəbdir və geniş əlaqələndirmə və əməkdaşlıq tələb edir. Bu məqsədlə fevralda Azərbaycanın təşəbbüsü ilə Bakıda Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının ilk iclası keçirildi. Həmin iclas sadaladığım ölkələrin bütün yüksək vəzifəli nümayəndələrinə, eləcə də ABŞ və Avropa İttifaqı Komissiyasının nümayəndələrinə bu məsələni müzakirə etməyə imkan verdi. Və biz mətbuat üçün birgə bəyanat verdik. Azərbaycanın qabaqcıl rolu dəqiq müəyyənləşdirildi".
Prezident deyib ki, Azərbaycanın 2018-2019-cu illər üzrə planına uyğun olaraq, adıçəkilən bütün layihələr reallaşdırılmalıdır: "Əminəm ki, yaxın illərdə Balkan ölkələri bizim boru kəməri sistemimizə qoşulacaq. Üstəlik, hazırda Avropada interkonnektorlar tikilir, biz bunu tam dəstəkləyirik, çünki Azərbaycan iri qaz ehtiyatlarına və tikinti mərhələsində olan infrastruktura malikdir".
Dövlət başçısı xatırladıb ki, adıçəkilən layihələr Azərbaycanın Avropa ilə əməkdaşlığının yeganə hissəsi deyil: "Biz başa düşürük ki, Avropa üçün enerjinin şaxələndirilməsi həqiqətən də milli təhlükəsizlik məsələsidir və biz də bu məsələyə eyni münasibəti göstərməliyik. Enerji təhlükəsizliyi milli təhlükəsizlikdən ayrı götürülə bilməz".
Sonra Forumda Bolqarıstanın Prezidenti Rosen Plevneliev, Makedoniyanın Prezidenti George İvanov, Maltanın Baş naziri Cozef Muskat çıxış edib.
Almaniya kansleri Angela Merkelin, Böyük Britaniyanın Baş naziri Devid Kemeronun, BMT-nin sabiq baş katibi Butros Butros-Qalinin, ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincerin müraciətləri dinlənib.
Daha sonra Latviyanın sabiq prezidenti və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa çıxış edib.
Angela Merkel Bakı Forumuna müraciət etdi
Avropada təhlükəsizliyə nail olmaq üçün dialoq, əməkdaşlıq və qarşılıqlı etimad lazımdır. Bu sözlər Almaniya kansleri Angela Merkelin Bakıda keçirilən III Qlobal Açıq Cəmiyyətlər Forumunın iştirakçılarına ünvanladığı müraciətində yer alıb.
Müraciətdə bildirilir ki, Almaniya tərəfdaşları ilə birlikdə Avropada öz dəyərlərini və dünya nizamını həmişə qoruyur.
Sənəddə qeyd edilir ki, Ümumdünya İnsan Haqları Bəyannaməsi 1948-ci ildə qəbul edilib, lakin indiyədək onun bütün prinsiplərinə riayət edilmir.
Müraciətdə deyilir: "Bu o deməkdir ki, biz hələ çox işlər görməliyik".
Sənəddə həmçinin vurğulanır ki, Almaniya intensiv dialoq yolu ilə yeni dünya nizamının inkişafında iştirak etməyə hazırdır.
Almaniya kansleri müraciətində Forum iştirakçılarına ən xoş arzularını da çatdırıb.
Henri Kissincer Bakı Forumunun böyük uğurlara nail olacağını deyir
"Bakıda keçirilən III Qlobal Açıq Cəmiyyətlər Forumu böyük uğurlara nail olacaq" - deyən növbəti çıxışçı - ABŞ-ın sabiq dövlət katibi Henri Kissincer Bakıda keçirilən III Qlobal Açıq Cəmiyyətlər Forumunun iştirakçılarına müraciətində tədbir iştirakçılarına uğurlar arzulayıb və Forumun böyük nailiyyətlər əldə edəcəyinə əminliyini bildirib.
O qeyd edib ki, Forum daha çox aktual olan çağdaş problemlərin müzakirəsi və həlli məqsədilə bütün dünyadan intellektualları bir araya toplayır.
H.Kissincer vurğulayıb ki, keçmiş dünya ənənələrinin yoxa çıxması və yeni ənənələrin yaranmasını nəzərə alarkən, bu Forum dünyanı gələcək nəsillər üçün daha münasib bir məkana çevirmək imkanı yaradır.
Abdulla Gül Birinci Avropa Oyunlarının Bakıda keçirilməsini böyük uğur adlandırdı
"Bakıda olmaqdan çox məmnunam. Bakını hər səfərimdə daha inkişaf etmiş, parlayan bir şəhər kimi görürəm və qürur duyuram. Buna görə də, başda Prezident İlham Əliyev olmaqla, xidməti olan hər kəsi təbrik etmək istəyirəm".
APA-nın məlumatına görə, bu sözləri Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən III Qlobal Forumda iştirak edən Türkiyənin sabiq prezidenti Abdulla Gül deyib.
Azərbaycan və Türkiyənin bir millətin parçası olan dövlətlər olduğunu vurğulayan A. Gül bildirib ki, hər iki ölkə bir-birinin uğurları ilə daim qurur duyur: "Bakıda keçirilən III Qlobal Forumda iştirak etməkdən böyük məmnuniyyət duyuram. Tədbirdə önəmli dövlət xadimləri var. Bu insanları Bakıya toplamaq və belə bir tədbir keçirmək böyük bir uğurdur. Bununla Azərbaycan dünyada daha da tanınır. Şübhəsiz ki, bu forumda iştirak edən insanlar sonradan Azərbaycan haqqında daha yüksək fikirdə olacaqlar və Azərbaycanla bağlı məsələləri xaricdə dəstəkləyəcəklər".
Türkiyənin sabiq prezidenti, "Eurovision" mahnı müsabiqəsi kimi, Birinci Avropa Oyunlarının da Bakıda keçirilməsinin böyük uğur olduğunu qeyd edib: "Azərbaycanın "Eurovision" mahnı müsabiqəsində birinci yeri tutması türk dünyasını sevindirmişdi. İqtisadi inkişaf, yeni layihələr təqdir olunmalıdır".
DİGƏR XƏBƏRLƏR
Tarix: 07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub
Tarix: 07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib
Tarix: 30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər
Tarix: 29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi
Tarix: 28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ
Tarix: 28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu -
aktivləri donduruldu
Tarix: 28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” -
85 nəfər saxlandı
Tarix: 27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" -
Ozodbek Nazarbekov
Tarix: 27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi
Tarix: 27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub -
işin içində azərbaycanlılar da var…
Tarix: 26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi
Tarix: 24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə -
gənclər Vuçiçi devirməyə qərarlıdır
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...
Tarix: 05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...
Tarix: 05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..
SON XƏBƏRLƏR
08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür
07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb
- VİDEO
07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb
07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı
07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir
07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...
07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar -
Zəfərin kökündə müzakirə edilən məqamlar...
07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər
07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi
- 20 milyon dollar...
07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər
- FOTO
07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm"
- Lukaşenko 1917-ci il hadisələrinə qarşı…
07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?
07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq
- müharibə Avropaya da yayılacaq...
07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...
07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir?
- DOSYE
07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı
- FOTO
07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub
- FOTO
07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu
...
07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi
- SƏRƏNCAM
07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir"
- Vüqar Rəhimzadə
07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...
07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib
- FOTO
07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu
- FOTO
07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub
- FOTO
07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib
- FOTO
07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir
- FOTO
07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib
- FOTO
07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi”
- Əhliman Əmiraslanov yazır...
07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu
- FOTO
07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır
- NATO-nun baş katibi
07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.
07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...
07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub
07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...
07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib
- FOTO
07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub
07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib
07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar
06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib
06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...
06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" -
iddia və həqiqət...
06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...
06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...
06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...
06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"
06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı...
İlkə imzanı kim atdı?...
06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...
06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...
06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi
- Azərbaycanın postmüharibə taktikası...
06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir
06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb
06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı
- bəs gənclik, xalq-Prezident birliyi?...
06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq
- Əhliman Əmiraslanov yazır...
06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...
06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir
- Bakı-Ankara-Astana müstəvisində yeni proses...
06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...
06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"
06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər"
- Prezident İlham Əliyev
06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...
06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər
- VİDEO
06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi
06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...
06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...
06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı
MÜHÜM AÇIQLAMA...
06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
- FOTO/YENİLƏNDİ
06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu
- FOTO/YENİLƏNDİ
06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq -
səbəb yenə Trampdan gəlir...
06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur”
- Peskov
06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı
06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...
06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi
- ruhdan düşmə, irəli get...
06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu
- FOTO/YENİLƏNDİ
06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi
06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər
- FOTO/YENİLƏNDİ
06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir
06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...
06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı...
- VİDEO
Tarix: 03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...
Tarix: 28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi -
Yunanıstan dəstəkləndi...
XƏBƏR ARXİVİ