Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov cari il fevralın 13-də saat 11:00-da Şamaxı rayon prokurorluğunun inzibati binasında Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Kürdəmir və Göyçay rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcəkdir.
Baş Prokurorluğun mətbuat xidmətindən baki-xeber.com-a verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Şamaxı şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.