"2014-cü ildə Azərbaycan NATO-nun Hərbi Təhsilinin Gücləndirilməsi Proqramında (DEEP) iştirakını davam etdirib”.
APA-nın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə NATO-nun baş katibi Yens Stoltenberqin 2014-cü il üzrə açıqladığı hesabatında deyilir. O, Azərbaycanla bərabər digər 11 ölkənin də proqramda iştirakını davam etdirdiyini söyləyib: "NATO-nun Hərbi Təhsilin Gücləndirilməsi Proqramı üzv və tərəfdaş ölkələr arasında əlaqələrin inkişafına xidmət edir”.