"Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının qəbulundan bir il keçir. Ötən dövrdə dünyada siyasi, iqtisadi və maliyyə böhranının yeni mərhələsinin başlanmasına baxmayaraq, Azərbaycanda sabitlik və inkişaf hökm sürür. Bu amilin arxasında iqtidarla xalq arasında olan birlik dayanır".
APA-nın məlumatına görə, bu sözləri Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda prezident İlham Əliyev deyib.