Vaşinqtonun mərkəzində Amerikada ən böyük buz labirinti qurulub.
Baki-xeber.com-un xəbərinə görə, labirintin şəffaf buzdan "hörülmüş" divarlarının hündürlüyü 2 metrdən artıqdır. Təşkilatçılar labirintin hazırlanmasında ümumi ağırlığı 55 ton təşkil edən 300 buz blokundan istifadə olunduğunu deyir.
Həmin buz blokları Vaşinqtona Missuri ştatından gətirilib. Beləloklə, Vaşinqtona yolu düşənlər bu həftəsonu artıq labirintin buz nəfəsindən zövq ala biləcək.
Buz labirintinin görüntülərini təqdim edirik: