ABŞ Suriyanın ən böyük neft mədəni olan Ömərdə neft istehsalını artırmaq üçün Misir və Səudiyyə Ərəbistanından olan mütəxəssislər göndərib.
Baki-xeber.com xəbər verir ki, Türkiyə mediası yerli mənbələrə istinadən dekabrın 13-də terror təşkilatı YPG/PKK-nın nəzarəti altında olan Deyrizordakı Ömər yatağına 15 nəfərdən ibarət misirli və səudiyyəli mütəxəssislər gəlib.
İraq üzərində ABŞ helikopterləri ilə bölgəyə gedən mühəndis və texniki heyətdən ibarət qrupun Suriyanın ən böyük neft yatağı olan Ömərdə hasilatı artırmaq təhlil aparacaqlar.
Qrup həmçinin yerli işçilərə təlim keçəxək.
ABŞ, keçən həftə sözügedən bölgədə neft mütəxəssislərini işə cəlb edəcəyini açıqlamışdı. Hazırda ABŞ-ın dəstəyi ilə YPG/PKK tərəfindən işğal olunan ərazidə vətəndaş müharibəsindən əvvəl gündəlik 75 min barel neft hasil edilirdi.