PKK terror təşkilatından qopmalar intensivləşir – daha 5 terrorçu təslim oldu...

Türkiyə ordusunun Suriya ərazisində apardığı uğurlu antiterror əməliyyatı PKK terror təşkilatından qopmaları intensivləşdirib.
Baki-xeber.com-un xəbərinə görə, Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı açıqlamada deyilir:“Son olaraq İraqın şimalındakı düşərgələrdən qaçan dörd PKK terrorçusu Şırnak vilayətinin Silopi qəsəbəsində, Suriyanın şimalındakı terror qruplarından qaçan bir PKK/YPG terrorçusu isə Nusaybin qəsəbəsindəki sərhəd məntəqəmizə təslim olub”.
Beləliklə, Türkiyə Silahlı Qüvvələrinin qətiyyətli antiterror əməliyyatları nəticəsində PKK/YPG terrorçuları təslim olmağa davam edir.
Baki-xeber.com