22/01/2020 08:30
728 x 90

Rusiyanın yeganə təyyarə gəmisində yanğın başlayıb

img

Rusiyanın əlindəki yeganə təyyarə daşıyıcısı Admiral Kuznetsov gəmisində yanğın başlayıb. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, yanğın Murmansk limanında baş verib.

“Reuters” xəbər agentliyi bildirir ki, Rusiyanın yeganə təyyarə daşıyıcısından qara tüstü çıxır və üç nəfər itkin düşüb.

Yerli mediaya məlumat verən mənbə, yanğının təmir zamanı göyərtədə başladığını bildirib. Onlarla yanğınsöndürən alovu söndürməyə çalışır.

Son xəbərlər