28/01/2020 10:15
728 x 90

ABŞ-Türkiyə münasibətlərində kritik gün... Türkiyəyə qarşı sanksiya layihəsi Senatda səsverməyə çıxarılır

img

ABŞ Senatının Xarici əlaqələr Komitəsi, Türkiyəyə qarşı sanksiyaları tətbiq nəzərdə tutan layihəsini səs çoxluğu ilə qəbul edib. Baki-xeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, beləliklə qanun layihəsi sabah Senata çıxarılacaq və səsə qoyulacaq.

Əgər Senat "Türkiyəyə sanksiya layihəsini" təsdiqləsə, layihə Nümayəndələr Palatasına göndəriləcək. Qanun layihəsi demokratların çoxluq təşkil etdiyi Nümayəndələr Palatasında qəbul edilsə, ABŞ prezidenti Donald Trampa təqdim ediləcək. Prezident Tramp da layihəni təsdiqləyib imzalasa, qanun qüvvəyə minəcək.

Səsvermədən sonra açıqlama verən Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın Konqresdəki prosesiləri yaxından izlədiklərini deyib: “Bu qanun layihəsi qəbul edilsə belə S-400-lə bağlı proses davam edəcək. Cənab Trampın bu məsələdə xoş niyyətini qiymətləndiririk. Bununla bağlı mövqeyini açıq şəkildə ifadə etdi. Bu qanuna görə o da narahatdır. Ancaq əlbəttə ki, Konqresdən keçsə onun da əl-qolu bağlıanacaq. Konqresmenlər həqiqəti görmək, eşitmək istəmirlər".

Türkiyə milli müdafiə naziri Hulusi Akar isə, S-400-lərə görə haqsız və strateji tərəfdaşlıq ruhuna zidd şəkildə Türkiyə F-35 proqramından çıxarılacağı halda, digər alternativ variantlara əl atmaq məcburiyyətində qalacaqlarını deyib.

ABŞ Prezidenti Tramp S-400 və F-35 qalmaqalı ilə bağlı bir müddət əvvəl verdiyi açıqlamasında vəziyyətin bu hədd çatmasına görə Obama administrasiyasını günahlandırmışdı və birbaşa Ankaraya haqq qazandırırdı: “Obama administrasiyası dövründə (Türkiyə) “Patriot” raketlərimizi almaq istədi, amma satmadılar. Bu heç də ədalətli deyildi, “Patriot almaq istədi, amma Obama yox dedi. Hər dəfə də yox dedilər. Türkiyənin müdafiəyə ehtiyacı vardı. Sonra Rusiyaya gedib S-400 aldılar. Çünki “Patriot” almalarına icazə vermədilər. Məndən əvvəlki rəhbərlik onu satın almağa icazə vermədi”.

Son xəbərlər