25/09/2020 11:41
728 x 90

Ermənistan prokurorluğu Sarkisyana qarşı ittihamları geri götürməkdən imtina etdi - sabiq prezidentin başı dərddə...

img

Ermənistan Baş Prokurorluğu sabiq Prezident Serj Sarkisyana qarşı irəli sürdüyü ittihamları geri götürməkdən imtina edib. Sputnik Ermənistan xəbər verir ki, bunu Prokurorluğun rəsmi nümayəndəsi Arevik Xaçatryan bildirib.

Qeyd edək ki, daha əvvəl Ermənistanın Xüsusi İstintaq Xidməti Sarkisyanı israfçılıq edərək dövlətin bir milyondan çox vəsaitini mənimsəməkdə ittiham edib. Serj Sarkisyanisə öz növbəsində ittihamları rədd edərək, istintaq işini siyasi təqib kimi dəyərləndirib.

Xatırladaq ki, Ermənistanda hakimiyyət dəyişikliyindən sonra ölkədə sabiq məmurlara qarşı cinayət işləri açılıb.

Son xəbərlər