PKK dağılır?

PKK terror təşkilatı parçalanmağa davam edir.
Baki-xeber.com-un xəbərinə görə, Türkiyənin Daxili İşlər Nazirliyinin yaydığı bəyanatda 2019-cu ildə terror təşkilatının 247 üzvünün Türkiyə təhlükəsizlik qüvvələrinə təslim olduğu bildirilib.
PKK-nın parçalandığını nümayiş etdirən açıqlamada “İraqın şimalındakı terror təşkilatına aid sığınacaqlardan qaçan daha 3 terrorçu Şırnakda təhlükəsizlik qüvvələrinə təslim olub. 2019-cu ildə bu 3 terrorçu ilə bərabər separatçı terror təşkilatının 247 üzvü Türkiyə təhlükəsizlik qüvvələrinə təslim olub.”, - deyə qeyd edilib.