22/01/2020 09:46
728 x 90

Ərdoğandan Yunanıstan və Misirə sərt mesaj... Türkiyə Suriyadan sonra Liviyaya da qoşun yeridə bilər

img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya hökumətinin xahişi ilə bu ölkəyə hərbçilərin göndərilməsi variantını istisna etməyib. Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyə Prezidenti "TRT-1"ə müsahibəsinə bildirib.

Qeyd edək ki, Ərdoğan və ölkənin müəyyən hissəsinə nəzarət edən Milli Birlik Hökumətinin rəhbəri Fayez Sarrac noyabrın sonunda hərbi sahədə əməkdaşlıq və dəniz zonaları haqqında qarşılıqlı anlaşmaya dair memorandum imzalayıblar.

Yunanıstan, Misir və Liviyanın şərqində olan Nümayəndələr Palatası (Parlament) Türkiyə - Liviya memorandumunu qanunsuz və etibarsız adlandırıb. Liviyanın Afinadakı səfiri ötən cümə persona non-qrata elan edilib və Yunanıstanı tərk etməsi üçün ona üç gün vaxt verilib.

"Əgər Liviya və hökumətdən belə bir təklif (Liviyaya Türkiyə hərbçilərinin göndərilməsinə dair) gəlsə, bizim belə bir hüququmuz olacaq... BMT Liviyaya silah satmağa qadağa qoyub. Lakin hərbçilərin Liviyaya göndərilməsini BMT-nin qərarı çərçivəsində dəyərləndirmək lazım deyil. Əgər belə bir dəvət gəlsə, Türkiyə özü qərar verəcək və heç kimdən razılıq istəməyəcək", - deyə Ərdoğan vurğulayıb.

Son xəbərlər