Terrorçular Rəsulaynda dinc əhaliyə qarşı qanlı əməllərini davam etdirir...

Rəsulaynda törədilən terror aktı nəticəsində 2 mülki şəxs həlak olub, 10-dan çox adam yaralanıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyinin açıqlamasında bildirilir. Nazirliyin məlumatında daha sonra deyilir:“Uşaq qatili PKK/YPG İŞİD kimi qanlı terror hücumlarını davam etdirir. Qəddar terror təşkilatının Rəsulaynda minalanmış nəqliyyat vasitəsi ilə törətdiyi terror aktı nəticəsində 2 günahsız vətəndaş həlak olub, 10-dan çox mülki şəxs yaralanıb.”