Türkiyə terrorçulardan təmizlənmiş bölgələrdə suriyalıları humanitar dəstəksiz qoymur... - FOTO

Tel Abyad və Rəsulaynı PKK/YPG terror təşkilatından təmizləyən qəhrəman Mehmetciklərimiz suriyalı qardaşlarımıza şəfqətli əllərini uzatmağa davam edir.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyinin açıqlamasında deyilir.
Bidirlir ki, “Sülh çeşməsi” əməliyyatının keçirildiyi bölgədəki kəndlərə qədər gedib çıxan Mehmetciklər digər müvafiq qurumların dəstəyilə yardım paylamağa və tibbi xidmətlər göstərməyə davam edir. Bu çərçivədə Rəsulaynın şərqindəki Bibarkiye kəndində də ehtiyacı olan insanlara həm yardım paylanıb, həm də tibbi müayinələr keçirilərək ehtiyac görülən xəstələrə müalicə xidmətləri göstərilib.
Açıqlamada deyilir ki, Mehmetciklər Rəsulaynın şərqində yerləşən Maşrafat kəndində də Türkiyədən göndərilən humanitar yardım paketlərini etibarlı şəkildə suriyalılara çatdırılıb.
Baki-xeber.com