16/12/2019 03:00
728 x 90

ABŞ-ın etmədiyini Türkiyə etdi – Ankara ələ keçirdiyi İŞİD üzvü avropalıları Avropaya göndərməyə başladı

img

Xəbər verildiyi kimi əksəriyyəti Avropa ölkələri terror təşkilatı İŞİD-ə qoşulan vətəndaşlarını geri almaq istəmirlər. Suriyadakı son əməliyyatlarda şox sayda yaraqını ələ keçirən Türkiyə isə, ölkələri almasa belə bu terrorçuların deportasiya ediləcəyini açıqlamışdı. Baki-xeber.com xəbər verir ki, bu gün isə Ankara biri ABŞ və Danimarka, yeddisi Alman vətəndaşı olmaqla ümumilikdə 9 nəfəri deportasiya edib.

Türkiyə onların vətəndaşları olduğu ölkələrə göndərildiyini açıqlayıb. Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Cakatlı Anadolu xəbər agentliyinə Almaniya və Danimarka vətəndaşlarının bazar ertəsi axşam, digər alman vətəndaşlarının isə ölkəsinə noyabrın 14-də göndəriləcəyini deyib.

“Birləşmiş Ştatlardan olan terrorçu döyüşçülərin Türkiyədən vətənlərinə göndərilməsi proseduru başa çatıb” - deyə, sözçü bildirib.

Türkiyə artıq bir neçə həftədir Britaniya və Hollandiya da daxil olmaqla, Qərb ölkələrini İslam Dövlətinə qoşulan vətəndaşlarını geri almaq istəmədiklərınə görə tənqid edib.

Türkiyənin xarici işlər naziri Süleyman Soylu Türkiyənin İslam Dövləti militantları üçün “mehmanxana” olmadığını və Ankaranın bazar ertəsindən başlayaraq onları vətənlərinə deportasiyaya başlayacağını deyib. Lakin o, militantlarının sayı və hansı ölkələrə göndəriləcəyi barədə heç nə deməyib.

Türkiyənin deportasiyaya başlamasından bir neçə saat sonra Hollandiya məhkəməsi bu ölkə vətəndaşı olan İŞİD üzvü qadın və uşaqların geri qaytarılmasının qəbul edilməsinə qərar verib.

Onu da qeyd edək ki, Avropa ölkələri Vaşinqtonun israrlarına baxmayaraq, ABŞ-ın Suriyada əsir saxladı İŞİD üzvü vatəndaşlarını geri almaq istəmirlər.

Son xəbərlər