09/12/2019 19:46
728 x 90

Ordunun müdaxiləsilə istefa verən Boliviya liderinə Rusiyadan iş təklifi gəldi - TV aparıcısı...

img

20 oktyabr seçkisindən bəri qarışıqlıq yaşayan Cənubi Amerika ölkəsi Boliviya dünyanın bir nömrəli gündəminə çevrilib.

Baki-xeber.com xəbər verir ki, əvvəlcə Boliviya Baş Qərargah rəisi Uliam Kaliman ölkə başçısı Evo Moralesi istefa verməyə çağırıb. "Moralesə istefa etməyi təklif edirik. Nümayişçilərdən də zorakılığa son qoymalarını tələb edirik" - Kaliman deyib.

“Reuters” xəbər agentliyi, ordunun istefa çağırışından sonra paytaxt La Paz küçələrində qarşıdurmaların başladığını və bəzi binaların yandırıldığını bildirib.

Eyni dəqiqələrdə Moralesin təyyarəsinin El Alto hava limanından qaldığına dair xəbərlər yayılıb. Qısa müddət  sonra isə Boliviya lideri millətə müraciət etmək üçün televiziyada görünüb.

İstefasını elan edən Morales, etirazçılara səslənərək “dağıtmağı, yandırmağı və qardaşlarınıza hücum etməyi dayandırın” 'deyib. Moralesin köməkçisi də istefa verib.

Mübarizəni davam etdirəcəyini vurğulayan Morales deyib: “Savaşım davam edəcək. Ancaq sülhü qorumağa çalışmaq məcburiyyətindəyəm”.

Morales, istefasını elan etdikdən sonra Twitter hesabında mesaj paylaşaraq, onun həbsinə qərar verildiyini açıqlayıb. Qərarı pisləyən Morales, evinə də etirazçı qruplar tərəfindən hücum edildiyini söyləyib.

Moralesin başçılıq etdiyi Boliviyanın bütün yüksək rəhbərliyi istefa verib.

İstefasından sonra Moralesə Rusiyanın Russia Today (RT) və Sputnik media qurumlarının rəhbərliyindən iş təklifi gəlib. Rəhbərlik Moralesə RT-nin ispanca kanalında öz proqramını təqdim etməsini təklif edib.

Son xəbərlər