09/12/2019 19:29
728 x 90

Ağ Ev qalmaqallı Tramp-Zelenski telefon danışığı ilə bağlı ikinci stenoqramı yaymağa hazırlaşır

img

ABŞ Prezidenti Donald Tramp Ağ Evin yaxın iki gündə Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığının növbəti stenoqramını yayacağını açıqlayıb.

Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, Tramp Zelenski ilə iki telefon danışığının olduğunu deyib

Çox önəmli ikinci başqa bir stenoqramımız var, çünki Ukrayna Prezidenti ilə iki telefon danışığımız olub. Ikinci mətn böyük ehtimalla çərşənbə günü yayılacaq” - Tramp bildirib.

Qeyd edək ki, Trampla Ukrayna Prezidenti Vladimir Zelenski arasında 2019-cu ilin 25 iyulunda baş tutmuş telefon danışığı qalmaqala səbəb olub. ABŞ Prezidenti 2020-ci il seçkilərində rəqibi ola biləcək demokrat namizəd Co Baydenin Ukraynada biznes fəaliyyəti ilə məşğul olan oğlu ilə bağlı araşdırılma aparılması üçün Zelenskidən dəstək istəyib. Telefon danışığının stenoqramı açıqlandıqdan sonra ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri, demokrat Nensi Pelosi Donald Trampın impiçmenti proseduruna başladıqlarını bəyan edib. 

Son xəbərlər