Warning: opendir(/home/sites/bakixeber/cache/): failed to open dir: No such file or directory in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Baki Xeber - News
16/12/2019 03:01
728 x 90

NATO dağılır… Makrondan sonra bir açıqlama da ABŞ-dan gəldi

img

ABŞ dövlət katibi Mayk Pompeo Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) böyüməli və dəyişməli olduğunu deyib. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, Pompeo alyansın əks halda "geridə qalmış" risqi daşıdığını söyləyib.

Fransa Prezidenti Emmanuel Makronun "NATO beyin ölümü yaşayır" açıqlamasından sonra Pompeo NATO haqqında, "70 il keçdi ... Böyümək və inkişaf etdirmək lazımdır. Bugünkü reallıq və bugünkü çətinliklərlə üzləşmək məcburiyyətindədir" deyib.

"Ölkələr NATO-ya ehtiyac duyduğu qaynaqları təmin etmədən təhlükəsizlik yardımı ala biləcəyinə inanırlarsa, öhdəliklərini yerinə yetirməzsə, NATO təsirsiz ola bilər" - deyə Pompeo bildirib.

Qeyd edək ki, bundan əvvəl Türkiyənin Şimali Suriyada başlatdığı “Barış Pınarı” əməliyyatlarını dəfələrlə tənqid edən Makron bu səfər NATO-nu hədəf alıb.  “İndi yaşadığımız şey NATO-nun beyin ölümüdür. ABŞ Avropa layihəsinə arxa çevirdi… ABŞ və NATO müttəfiqləri ilə strateji qərar vermə mexanizmində koordinasiya yoxdur" – Makron deyib.

Türkiyənin Şimali Suriyada başlatdığı son əməliyyatlara da toxunan Makron, "Bir başqa NATO müttəfiqimiz Türkiyədir, bizim marağımız olduğu bir bölgədə xəbər vermədən hərbi əməliyyat keçirir” deyib.

Son xəbərlər