Tramp Putinin Qələbə Paradına dəvətini nəzərdən keçirir - “...getmək istəyərdim”

ABŞ prezidenti Rusiyanın dövlət başçısı Vladimir Putinin 9 may Qələbə Paradına dəvətini nəzərdən keçirdiyini bildirib.
Baki-xeber.com xəbər verir ki, Donald Tramp Putinin dəvətinə görə minnətdar olduğunu, lakin paradın siyasi mövsümün ortasına təsadüf etdiyini bildirib. O, Moskvaya səfər edib-etməyəcəyini hələ bilmədiyini söyləyib.
“İmkanım olsa idi, çox getmək istəyərdim” - deyə, prezident əlavə edib. Tramp deyib ki, müttəfiqlərin qələbəsinin 75-ci ildönümü böyük bir məsələdir.
Rusiya liderinin mətbuat katibi Dmitri Peskov isə Trampın 9 may paradında iştirakı ilə bağlı rəsmi cavabın olmadığını bildirib.
Qələbə paradı 1945-ci ilin 9 may-nasist Almaniya üzərində qələbəyə həsr edilir. Rusiya hər il keçirdiyi haradlarla öz hərbi güqrətini nümayiş etdirir.