10/12/2019 00:30
728 x 90

Müdafiə naziri Hulusi Akar “Türkiyə Suriya torpaqlarını işğal edir” iddialarına "CNN International" efirindən cavab verdi

img

“Sülh Çeşməsi” əməliyyatı ilə bağlı “Türkiyə Suriya torpaqlarını işğal edir” iddialarının həqiqətə uyğun olmadığı ölkəmizin yüksək vəzifəli şəxsləri tərəfindən tez-tez dilə gətirilir”.

Baki-xeber.com-un Türkiyə Səfirliyinin Mətbuat Müşavirliyindən əldə etdiyi xəbərə görə, Türkiyənin Müdafiə naziri Hulusi Akar bu sözləri əməliyyatın keçirilmə səbəbinə bir daha aydınlıq gətirərkən deyib.

Hulusi Akar "CNN International" kanalına açıqlamasında Türkiyənin Suriya və digər qonşularının siyasi birliyinə və ərazi bütövlüyünə hörmətlə  yanaşdığını bildirib:

“Biz Sülh Çeşməsi əməliyyatını həyata keçirərkən hər hansı bir işğal, müdaxilə və ya başqa bir şey etmirik. Burada ancaq terror təşkilatlarına qarşı əməliyyat keçiririk”.

YPG/PKK terror təşkilatının çəkilməli olduğu ərazilərdən hələ də çəkilmədiyini xatırladan H.Akar qeyd edib ki, “Həm Rusiya, həm də ABŞ YPG/ PKK-nın bu ərazilərdən çıxarılacağını vəd edib. Yəni onlar həm əməliyyatın keçirildiyi bölgədən, həm də həmin bölgənin şərqindən və qərbindən çıxarılmalı idi. Ancaq hələ də YPG terrorçuları tərəfindən yol verilən çox sayda pozuntu halları var və biz onlara qarşı mübarizə aparırıq. Eyni zamanda Rusiya və ABŞ-la əməkdaşlıq edərək YPG/PKK-nı həmin ərazilərdən çıxarmalarını tələb edirik”.

Baki-xeber.com

Son xəbərlər