10/12/2019 00:57
728 x 90

Türkiyə Prezident Administrasiyasının rəsmisi Suriyada humanitar böhranla bağlı dünyaya səsləndi

"Avropanın təhlükəsizliyi Türkiyənin təhlükəsizliyindən asılıdır...”

img

 Suriyada İkinci Dünya Müharibəsindən bu yana ən acınacaqlı humanitar fəlakətin şahidi oluruq. Bu böhran Avropa İttifaqının sərhədlərində baş verir. Bu kritik anda avropalı dostlarımızı və Aİ-ni bir daha Türkiyə ilə məsuliyyəti və yükü bölüşməyə çağırırıq. Heç vaxt gec deyil!

Baki-xeber.com-un xəbərinə görə, bu sözləri Türkiyə Prezident Administrasiyasının İçtimaiyyətlə Əlaqələr İdarəsinin Rəhbəri Fəxrəddin Altun özünün “Twitter” səhifəsində yazıb.

Suriyada böhran başladığı gündən bəri Türkiyənin bu ölkədə humanitar fəlakətlərin nəticələrini yüngülləşdirmək üçün təhlükəsiz zonalar yaratmağı təklif etdiyini deyən Türkiyə PA rəsmisi Egey və Aralıq dənizlərində baş verən faciələrin bunun zəruri olduğunu göstərdiyini bildirir.

Sayın Fəxrəddin Altun daha sonra yazır:”Bütün avropalı dostlarımızı Suriyada təhlükəsiz zona yaratmaqda bizimlə əməkdaşlığa dəvət edirik. Aİ üzvləri də verdiyi sözlərə əməl etməli və qaçqın məsələsində Türkiyə ilə razılaşmaya uyğun hərəkət etməlidirlər. Onlar Türkiyədə yaşayan qaçqınların vəziyyətinin yaxşılaşdırılmasına kömək etməlidirlər. Suriya böhranından qaynaqlanan qeyri-sabitlik terrora qarşı mübarizədə ölkələrin ortaq səylərinə ehtiyac olduğunu göstərir. Ölkələrin sərhədləri transmilli təhdidlərə qarşı özləri tərəfindən qoruna bilməz. Axı Avropanın təhlükəsizliyi Türkiyənin təhlükəsizliyindən asılıdır...”

Son xəbərlər