18/11/2019 10:40
728 x 90

Evlərinə dönən suriyalılar Türk əsgərinə minnətdardır...

img

Türkiyə Suriyanın şimalında terrorçulardan təmizlənən bölgədə yaşayan xalqı taleyin ümidinə buraxmayaraq kömək etməyə davam edir.

Baki-xeber.com-un xəbərinə görə, bu barədə Türkiyə Cumhuriyyətinin Bakıdakı Səfirliyindən redaksiyaya daxil olan açıqlamada deyilir.

Açıqlamada eyni zamanda bildirilir ki, “Sülh çeşməsi” əməliyyatı ilə YPG/PKK terror təşkilatından təmizlənən Tel Abyadda və Rəsulaynda xalq Türkiyəyə və türk əsgərinə təşəkkür edir.

Bu arada Müdafiə Nazirliyi Türkiyənin əməliyyatın həyata keçirildiyi bölgədə vətəndaşlara etdiyi yardımlarla bağlı görüntüləri yayıb. Görüntülərdə Türk Qızılayı təşkilatı tərəfindən edilən yardımları alan vətəndaşlar onları terrordan xilas etdiyi üçün Türkiyəyə və türk əsgərinə minnətdarlığını dilə gətirir.

Nazirlikdən verilən açıqlamada həmçinin qeyd edilib ki, “Sülh çeşməsi” əməliyyatı bölgədə sülh və sabitliyin təmin edilməsi məqsədilə sadəcə İŞİD və PKK/YPG terrorçularına qarşı əxlaqi dəyərlər və beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirilib. PKK/YPG terrorçularının mülki geyim geyinərək və dinc əhalinin həyatını heçə sayaraq xaincəsinə bir çox xəstəxana və ibadət yerindən silah anbarı və sığınacaq olaraq istifadə etdiyi xatırladılan açıqlamada əməliyyat zamanı günahsız insanlara, dinc əhaliyə və ətrafa zərər verilməməsi üçün böyük səy göstərildiyi vurğulanır:

“Sülh çeşməsi əməliyyatı ilə PKK/YPG terror təşkilatının Tel Abyad və Rəsulayndakı təzyiq və zülmünə son verilib. Türkiyəyə sığınan suriyalı qardaşlarımızın könüllü olaraq və təhlükəsiz bir şəkildə evlərinə və torpaqlarına dönmələrinin önü açılıb. Mina və kustar üsulla hazırlanan partlayıcı qurğulardan təmizlənən, su, elektrik kimi əsas infrastrukturun bərpası işləri davam edən Tel Abyad və Rəsulayna bölgə xalqının geri dönüşü başlayıb. Türk Silahlı Qüvvələri həyatın normallaşmağa başladığı yaşayış məntəqələrinə təhlükəsiz qayıdışı təmin etmək üçün lazımi tədbirlər görür. Bu humanitar və müsbət proseslərdən narahat olan əli qanlı PKK/YPG terror təşkilatının əxlaqsızlığa, yalana və iftiraya söykənən xəbərləri və həqiqəti əks etdirməyən fəaliyyətləri yaxından izlənilir”.

Baki-xeber.com

 

Son xəbərlər