18/11/2019 10:22
728 x 90

Türkiyə PA rəsmisi Fəxrəddin Altun:”... regionda sabitliyi pozmaq istəyənlərə ədalət gətirmək əzmimiz şübhə altına alına bilməz”

img

Türkiyə Prezident Administrasiyasının İçtimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun ölkəsinin İŞİD-ə qarşı mübarizəsini şübhə altına alanlara səslənib.

Baki-xeber.com-un xəbərinə görə, cənab Fəxrəddin Altun deyib ki, xalqımızı qorxutmaq və regionumuzda sabitliyi pozmaq istəyənlərə ədalət gətirmək əzmimiz şübhə altına alına bilməz:” Türkiyənin ideologiyasından və mənşəyindən asılı olmayaraq terrorla mübarizəsi sürətlə davam edir. Əl-Bağdadinin bacısının həbsi antiterror əməliyyatlarımızın uğurunun daha bir nümunəsidir. Xalqımızı qorxutmaq və regionumuzda sabitliyi pozmaq istəyənlərə ədalət gətirmək əzmimiz şübhə altına alına bilməz. İŞİD-ə qarşı qətiyyətimizi şübhə altına almaq üçün Türkiyəyə qarşı təbliğat kampaniyası aparılıb”.

Ölkəsinin terrorizmin bütün formalarına qarşı mübarizədə lider olduğunu vurğulayan Türkiyə PA rəsmisi qeyd edib ki, TC-nin həmfikir tərəfdaşlarla güclü antiterror əməkdaşlığı heç bir halda şübhə altına alına bilməz və bu əməkdaşlıq regionda terrorun kökü kəsilənədək uğurla davam edəcək.

Baki-xeber.com

Son xəbərlər