18/11/2019 10:54
728 x 90

“Rusiya Suriyadakı S-300 və S-400 sistemlərini dayandırdı” iddiası... ABŞ-ın məşhur B-52-ləri rus bazası ətrafında göründü

img

Rusiyanın Suriyadakı hərbi bazalarında yerləşdirdiyi S-300 və S-400 havadan müdafiə sistemlərinin fəaliyyətini dayandırdığı barədə xəbərlər yayılıb. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, İsrailin “Debka” saytı, yerli qaynaqlara əsaslanaraq, Hmeymim hərbi hava bazasındakı S-400-lərin “səssizcə” dayandırıldığını yazıb.

“Debka” təxminən 3 ay əvvəl də, Masyafdakı Rusiya bazasındakı S-400-lərin “deaktiv” edildiyini yazmışdı.

Sayt Rusiyanın S-400-ləri "dayandırmaq" qərarının arxasında bir neçə səbəbin ola biləcəyini bildirir. Dayandırılma qərarının maliyyə məsələlərilə yanaşı, hava hücumundan müdafiə sistemlərinin ölkədən çıxarılmasına hazırlıq ola biləcəyi deyilir. Xəbərlərdə ən diqqətçəkən iddia isə bunun “nümayiş etdirilmə” taktikası ola biləcəyidir. Rusiyanın, S-400-ləri xarici ölkələrə ixrac etmək üçün Suriyada "nümayiş etdirmə" kampaniyasında başarılı olduqdan sonra, sistemləri dayandırma qərarı verdiyi iddia edilir. Moskva rəhbərliyi hələlik iddialarla bağlı hər hansı açıqlama verməyib.

“Debka”, bu həftə Rusiyanın Suriyadakı vətəndaş müharibəsinə "müdaxilə etdiyi" 2015-ci ildən bəri ilk dəfə Amerika B-52 bombardmançısı təyyarəsinin Hmeymim bazası yaxınlığında uçduğunu xatırladıb. Saytın yazdığına görə, ABŞ-ın həmləsinin arxasında S-400-lərin "deaktiv" edilib-edilmədiyini yoxlamaq məqsədi dayanır.

Son xəbərlər