18/11/2019 10:14
728 x 90

Kiyev və Sofiyadan Makronun “cinayətkar dəstələr” açıqlamasına sərt reaksiya – “Siyasi həyasızlıq və bizi alçaltmaq cəhdidir”

img

Fransa prezidenti Emmanuel Makronun verdiyi bir açıqlama Bolqarıstan və Ukraynada sərt reaksiya ilə qarşılanıb.

Baki-xeber.com xəbər verir ki, Makron “Valeurs Actuelles” adlı dərgiyə müsahibəsində bolqarıstanlı və ukraynalı cinayətkar dəstələr, qanunsuz cinayətkar qruplar qarşısında afrikalı qaçqınlara üstünlük verdiyini deyib: “Bolqarıstanlı və ukraynalı cinayətkar dəstələr, qanunsuz cinayətkar qruplar qarşısında Qvineya və Fil Dişi Sahilindən gələn qanuni qaçqınlara üstünlük verirəm”.

Macron bütün gücünü ölkəsində cinayətkar dəstələr yaradılmasına və qanunsuz qaçqınlara qarşı istifadə edəcəyini söyləyib.

Makronun açıqlamalarından sonra Bolqarıstan Xarici İşlər Nazirliyi Parisdəki səfir Angel Çolakov vasitəsilə Fransa Xarici İşlər Nazirliyinə etiraz notası göndərib. Fransanın Sofiyadakı səfiri Florans Robin də Bolqarıstan Xarici İşlər Nazirliyinə çağırılıb və bu təhqirlərlə əlaqədar izahat istənib.

Bolqarıstan Baş nazirinin müavini və müdafiə naziri Krasimir Karakaçanov isə sosial media hesabından Makrona cavab verib: "Fransa prezidenti Emmanuel Makronun bolqarıstanlı və ukraynalı cinayətkar dəstələr qarşısında afrikalı qaçqınlara üstünlük verdiyinə dair açıqlaması siyasi həyasızlıq və bizi alçaltmaq cəhdidir. Prezidentə yaraşmayan təhqirləri qəbul edə bilmərəm. Makron öz şəxsi uğursuzluqlarını ört-basdır etmək üçün bizə böhtan atır və bolqar xalqını "oğru və dəstə başçıları" adlandırır. Macronun Afrikadan ucuz işçi tapmaq istəyib-istəməməsi onu maraqlandırır, ancaq onun Bolqarıstan və Ukrayna xalqını təhqir etməyə haqqı yoxdur”.

Ukrayna Xarici İşlər Nazirliyi də Fransa səfirini çağıraraq nota verib.

Son xəbərlər