18/11/2019 09:45
728 x 90

Türkiyə PA rəsmisi ölkəsinin terrorla mübarizədən geri çəkilməyəcəyini növbəti dəfə bəyan etdi

img

ABŞ siyasi xadimləri və siyasətçilərin bir terror təşkilatının lobbiçiləri tərəfindən şantaj edilmələrinə imkan vermələri təəssüfedici haldır.

Bu sözləri Türkiyə Prezident Administrasiyasının İçtimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun özünün Twitter hesabında yazıb. PA rəsmisi açıqlamasında qeyd edir ki, NATO müttəfiqi ilə strateji əlaqələrə ziyan vurmaq məsuliyyəti terror qrupları ilə tərəfdaşlıq edənlerin üzərinə düşəcək:”Prezident Rəcəb Tayyib Ərdoğanın bəyan etdiyi kimi, Türkiyənin qərarlılığına mane olmaq üçün edilən hər hansı bir cəhdin bizim üçün hökmü yoxdur”.

Türkiyənin terrorla mübarizədə əzmli və qərarlı olduğunu deyən cənab Fəxrəddin Altun bir daha bildirir ki, Türkiyə dövləti bunu xalqının və bütün dünyadakı insanların təhlükəsizliyini təmin etmək üçün edir.

Baki-xeber.com

 

Son xəbərlər