18/11/2019 10:53
728 x 90

ABŞ Konqresinin demokrat üzvü “erməni soyqırımı” layihəsinin qəbulunda qərəzli olduqlarını etiraf etdi

“Çünki Türkiyə ABŞ-a hörmət etmir kimi görünürdü...”

img

ABŞ Konqresinin Nümayəndələr Palatasının demokrat üzvü Stiv Kohen 29 oktyabrda ABŞ Nümayəndələr Palatasında səsverməyə çıxarılan 1915-ci il hadisələri ilə bağlı erməni iddialarını özündə əks etdirən qanun layihəsinin qəbul edilməsinin tarixi həqiqətlərə söykənmədiyini və siyasi olduğunu etiraf edib.

Kohen Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin lehinə səs verməsinə “Erməni qanun layihəsinə həmişə qarşı çıxmışam, lakin bu həftə layihənin lehinə səs verdim. Çünki Türkiyə ABŞ-a hörmət etmir kimi görünürdü” sözlərilə aydınlıq gətirib.

Kohen bu qərara Türkiyənin Suriyada keçirdiyi “Sülh Çeşməsi” əməliyyatının təsir göstərdiyini qeyd edib: “Konqresin üsulunun dəyişdiyini söyləyə bilərəm. Erməni layihəsi üçün keçən ilə qədər heç vaxt 218 səs toplanmamışdı”

Qeyd edek ki, Türkiyə Xarici İşlər Nazirliyinin yazılı açıqlamasında ABŞ Nümayəndələr Palatası tərəfindən qəbul edilən qondarma “erməni soyqırımı” ilə bağlı qanun layihəsinin rədd edildiyi bildirilib və daxili siyasət motivləri ilə qəbul edilən bu qərarın heç bir tarixi və hüquqi əsası olmadığı vurğulanıb.

Baki-xeber.com

 

Son xəbərlər