Respublikaçıların prezidentliyə namizədi Donald Tramp deyib ki, seçilsə, inauqurasiyadan əvvəl Rusiya prezidenti Vladimir Putinlə görüş məsələsinə baxacaq.
ABŞ-da prezident seçkisi noyabrın 8-də olacaq. İnauqurasiya mərasimi yanvara planlanır.
Trampın bu sözləri diqqəti yenə onun Putinə münasibətinə çəkib. Seçki kampaniyasına başlayandan Donald Tramp Vladimir Putinə rəğbətini bildirir. Digər tərəfdən ABŞ rəsmiləri Putin hökumətini Birləşmiş Ştatların seçki sənədlərinə müdaxilə etməkdə, seçkinin nəticələrini dəyişməyə çalışmaqda günahlandırırlar.
Tramp həm də heç bir sübut göstərmədən seçki nəticələrinin saxtalaşdırıla biləcəyini deyir.
Onun rəqibi, demokratların namizədi Hillari Klinton isə kampaniyasını genişləndirməkdədir. O, əvvəllər respublikaçıların nüfuz dairəsində olan Arizona, Missuri və İndiana ştatlarında da təbliğata milyonlarla pul xərcləyir. Bu isə ekspertlərin fikrincə, Klintonun qələbəyə inamının artmasının göstəricisidir.