Suriya prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsəd ərinin düşmənlərinin ona ölkəni tərk etməsi üçün təklif göndərdiyini deyir.
Baki-xeber.com xəbər verir ki, Rusiyanın dövlət televiziyası “Rossiya 24” açıqlama verən Əsəd bu təklifin ərində inamsızlıq yaratmaq üçün edildiyini, ancaq özünün vətəndaş müharibəsi başlayandan bu yana ölkəni tərk etmədiyini deyib.
41 yaşındakı üç uşaq anası Əsəd daha sonra bildirir: "Suriyadan qaçmaq fürsəti üçün təkliflər aldım. Bu təkliflər uşaqlarımın təhlükəsizliyi və maliyyə təminatı ilə bağlı idi. Bu insanların məqsədlərinin nə olduğunu anlamaq üçün dahi olmağa ehtiyac yoxdur. Bu xalqın başçılarına inamlarını itirmək üçün edilən bir cəhddir".
Ancaq maraqlıdır ki, Əsəd bu təklifin kimlərdən gəldiyini açıqlamır. Sadəcə onların suriyalı olmadığını deyir.
TAHİR