İraqda Mosulun azad olunması ilə bağlı əməliyyatların başlamasının ardından, terrroçu İraq-Şam İslam Dövlətində (İŞİD) daxili qarşıdurmaların başladığına dair də xəbərlər yayılıb.
Baki-xeber.com xəbər verir ki, YDH “El Ahed” xəbər agentliyinə istinad edərək İŞİD-in təhlükəsizlik komandirinin rəhbərlik etdiyi bir qrupun təşkilatın lideri Əbubəkr əl-Bağdadini rəhbərlikdən yıxmağa cəhd etdiyini yazıb. Agentlik məlumatı Mosuldakı təhlükəsizlik mənbələrindən əldə edib.
Məlumata görə, təhlükəsizlik rəhbəri Əbu Osmana bağlı silahlılar Mosulda Əbubəkr Bağdadinin olduğu binalara dörd dəfə atəş açıb, Bağdadi də təşkilat daxilindəki “'Ceyşu'l Usra” (Zorluk Ordusu) adlı birliyə onu devirməyə cəhd edənlərə qarşı çıxmağa və 7 komandiri öldürməyi əmr edib.
Digər xəbərə görə, Mosuldakı təşkilat daxilindəki üsyançılar (İslami Polis təşkilatı) Bağdadinin arvadını tutublar və şəhərdə Bağdadi rəhbərliyinin sona çatdığını bəyan ediblər. Onlar Bağdadinin Rakkaya qaçdığına dair də xəbər yayıblar. O da bildirilir ki, Bağdadiyə bağlı “Zorluk Ordusu” Mosulda “İslami Polis təşkilatı”na aid 8 əsas binanı ələ keçirib, qarşıdurmalarda çox sayda adam öldürülüb.
“El Ahed” xəbər agentliyi İŞİD-in əsas birliklərindən “Zorluk Ordusu”nun komandiri Əbu Musa əl-Mağribin Mosulun Qabat bölgəsində hava əməliyyatında öldürüldüyünü yazır.
Digər məlumata görə, İŞİD-in Suriyadakı əsas mərkəzi sayılan Rakkada təşkilatın liderləri də dəyişdirilib. Dəyişdirilən komandirlərin yerinə İraq vətəndaşı olan yaraqlılar gətirilib.
TAHİR