İran İnqilab Keşikçiləri Korpusu amerikalı pilotu axtaran daha bir təyyarəni vurduğunu açıqlayıb. İran polisi İsfahanda qəzaya uğrayan təyyarənin yanacaq doldurmaq üçün istifadə edilən C-130 olduğunu iddia edib.
İran İnqilab Keşikçiləri həmçinin bildirib ki, amerikalı pilotların xilasetmə əməliyyatı zamanı bir neçə "uçan obyekt" məhv edilib.
İran Silahlı Qüvvələrinin Birləşmiş Komandanlığının sözçüsü Tasnim-ə verdiyi açıqlamada vurulan ABŞ-ın iki C-130 hərbi nəqliyyat təyyarəsi və iki Blackhawk helikopterini vurduqlarını bildirib. İsfahanın cənubunda BlackHawk helikopterinin və C130 hərbi nəqliyyat təyyarəsinin vurulduğunu göstərən görüntülər yayımlanıb.
Tahir TAĞIYEV