İtaliyanın bir neçə hava limanı Yaxın Şərqdə davam edən münaqişənin yaratdığı enerji böhranı səbəbindən təyyarə yanacağı problemi ilə üzləşib.
“Bloomberg” agentliyinin məlumatına görə, pilotlara göndərilən bildirişə əsasən, Bolonya, Milan-Linate, Treviso və Venesiya hava limanlarında uçuşlara yanacağın tədarükünə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
“Bloomberg”ə görə, İtaliyada tətbiq edilən məhdudiyyətlər Fars körfəzində davam edən müharibənin Avropa aviaşirkətlərinin fəaliyyətinə necə təsir etdiyinin ilk nümunələrindən biridir.
Tahir TAĞIYEV