Ukrayna dronlarının hücumları nəticəsində Rusiyanın Primorski limanındakı neft boru kəmərinə zərər vurub və Nijni Novqorod vilayətindəki neft obyektlərində yanğın baş verib.
Yerli hakimiyyətin məlumatına görə, Leninqrad vilayətinə hücum 5 apreldə, gecə saatlarında baş verib. Onların məlumatına görə, hava hücumundan müdafiə qüvvələri 19 dronu vurub. Pilotsuz təyyarənin qalıqları Primorski limanı ərazisindəki neft boru kəmərinin bir hissəsinə zərər vurub.
Ukrayna Telegram kanalları Kstovo neft emalı zavodunda baş verən yanğını göstərən videolar yayımlayıb.
Tahir TAĞIYEV